Sözün həyatı
Hər yerdə uğurlu tale gözləyər,Saf niyyət sahibi, saf ər şairi.Gədiklər başında Lələ gözləyər,Hər gün səfərdədi səfər şairi.
Onu təyyarələr qaldırar göyə,Gəmilər limandan limana çəkər.Şairin səfəri beş günlük deyil,Tarixi – zamandan zamana çəkər.
Şeirini varağa köçürmək üçünDurnalar göylərdən lələk göndərər.Yerdə insan olar gücü, sirdaşı,Göydən ilhamını mələk göndərər.
Şair bu dünyanı boşuna gəzməz,Hər səfər bir tarix, bir kitab olar.Şairin ürəyi dolar, boşalar,Sözün həyatında inqilab olar.
2009, iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sozun-heyati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Cəlili-cabbarım, Qadiri-muxtar,Altı gündə bu dünyanı çəkibdi.
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.