Talenin işidi
Ürəklər zədəli, könüllər yara,Kim tapar, kim tapmaz dərdinə çara.Günlər ağ gələcək, yoxsa ki, qara,Talenin işidi, baxtın işidi.
Kimin qazandığı günah olacaq,Kimin Əzrayılı tamah olacaq,Kim vəzir olacaq, kim şah olacaq,Tanrının işidi, taxtın işidi.
Həqiqət deməkdən qabar olub dil,Qarışqa çox gülüb, yıxılanda fil.Bu dünya heç zaman düzələn deyil,Yalandı, kim desə vaxtın işidi.
2000, 12 avqust
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-talenin-isidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səni
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
بر سر راهی، گدائی تیرهروزنالهها میکرد با صد آه و سوز
O bivəfa mənim istəkli yarım onda idiO bivəfa mənim istəkli yarım onda idi,Əsiri bir mən idim, ixtiyarım onda idi.
Aşıq Camalın İbrahimlə deyişməsiAşıq Camal**Aşıq Camal içdi kövsər şərabı,