Tanrı payı
Şair gec gələndə narahat olma,Demək, bir gərəkli tədbirdən gəlir.Səbirdi Allahın birinci adı,Ucalıq insana səbirdən gəlir.
Ha qaçır, qovuşa bilmir güllərə,Yemdi tikanlara, qumdu sellərə.Məcnun min illərdi düşüb çöllərə,Sorağı səhrada zəncirdən gəlir.
Qidası fikirdi, ölməz acından,Şeiri qiymətlidi şahın tacından.Şair var, sədası dar ağacından,Şair var, sədası kəndirdən gəlir.
Əbədi dünyaya xoş bir an verir,Canıyla, qanıyla sözə can verir.Ağır sınaqlara imtahan verir,Ələnir, ələkdən, xəlbirdən gəlir.
Gəlişi millətə bayram ayıdır,O, tale sovqatı, tale payıdır,Müşfiq qırx il sonra xalqa qayıdır,Cavid qırx il sonra Sibirdən gəlir.
2001, 23 avqust
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-tanri-payi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Qara pulHəllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.
Dəhr dərmandələrdən müşkili asan eylərDəhr dərmandələrdən müşkili asan eylər,Hicr ilə dərd birdir, vəslilə dərman eylər.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.