Ürəyimdə yuxu qovan qeyrət ola,Gözlərimdə ucalığa heyrət ola,Baxışımda ulduzlarla söhbət ola,Fikrim elə ovda qala, quşda qala.

Qarlı zirvə ovundura mehdə məni,Yaşıl çəmən ovsunlaya şehdə məni.Qoca dünya qovuşdura əhdə məni,İzim düşə bu torpaqda, daşda qala.

Adı-sanı addan ada qalmayanın,Xatirəsi dosta, yada qalmayanın,İzi-tozu bu dünyada qalmayanınİnanmıram bir əməli huşda qala.

Ey dirilik çeşməsindən içən Dədə,Hamı içə o bulaqdan içəndə də.Ömür gəlib yüz yaşını keçəndə də,Həyat eşqi canda qala, başda qala.

Ürəyində məhəbbətdən pay az ola,Vurulduğu nə qış ola, nə yaz ola.Vay o gündən düşüncəsi dayaz ola,Axır gündə insan əli boşda qala!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов