Zahiri görmək asan, batindən nə bilirsən?
Düz yoldasanl (Doğru yol üzrə göndərilənpeyğəmbərlərdənsən. Allahın əsl tövhid diniolan islam dinindənsən. Bu yolu tutub gedənhaqqa yetişər.)(“Yasin” surəsi, 4-cü ayə)
Hansı gecədə gəldi,nurlandırdı yuxumu,Hardan düşdü qəlbiməbu arzunun toxumu?Mələklər asta-astanecə qondu çiynimə,Nur dağının işığınecə düşdü beynimə?Məni havalandıranbu istək, həvəs nədir,Uzaqdan qulağımadolub gələn səs nədir?Bu nə külək səsidir,nə tar, nə də ney səsi,Nə şikayət səsidir,nə də bir giley səsi.Bu nə bir iniltidir,nə də kaman səsləri,Allah özü göndərirqəlbə daman səslərilBunlar adi səs deyil,söz səsidir, söz səsi,Hər damlanın öz rəngi,öz ahəngi, öz səsi.
Səs sözü gətirəcək,söz Quranı, ayəti,Mələklər danışacaqmin dürlü hekayəti.Bu duyğular içindəmən də işıq saçıram,Peyğəmbərdən danışıb,Qurandan söz açıram.Ey qələmim, əsmə sənlFikirləş dönə-dönə,fikirləş, tələsmə sənlPeyğəmbərdən söz açsan,buyruğun Haqdan gərək,Məhəbbətin Qurandan,gücün torpaqdan gərəklAdəmnən Məhəmmədəsənələrcə yol gələn,Mərifət dəryasındagur suları bol gələn,Nuru, hökmü, işığıheç zaman azalmayan,Daima yollar gedən,ancaq yolda qalmayan,İslamın imanındamüqəddəs qaynaq tapan,Namaz adlı sütundasarsılmaz dayaq tapan,İbrahimə, Yaquba,Yusifə, İsmayılaGün kimi agah olan,Mənzili, mərtəbəsiən uca dərgah olan,İslam adı daşıyanbu dindən nə bilirsən?Zahiri görmək asan,batindən nə bilirsən?
Öyrənə bilmisənmiƏminə anamızıncövhərini, əslini?Tanıya bilmisənmiƏbdülmüttəlib?” oğluAbdullahın nəslini?İçdikləri sərin suhansı bulaqdan gəlir,Hansı qatdan süzülür,hansı torpaqdan gəlir?Zəmzəm adi çeşmədir,yoxsa dirilik suyu?Necə əfsanələşdiQupquru səhralarahəyat verən bir quyu?Suya təşnə ürək nə,quruyan dodaq nədir?Qızıl qumlu səhradaqaynayan bulaq nədir?Quranın ruhundakısehrli avaz nədir?Tutulan oruc nədir,qılınan namaz nədir?Peyğəmbər Məhəmmədinneçə sirli adı var?Neçə kökü, budağı,neçə qol-qanadı var?Məkkə nədir, Kəbə nə,Kəbədəki daş nədir?Din yolunda şəhidlik,haqq üçün savaş nədir?Öyrənə bilmisənmimələklərin dilini?Mələklərdən güc alanfələklərin dilini?
Yox müəllim, yox ustad,yox məktəb, yox mədrəsə,Ata-ana sarıdanyetim qalan bir kəsə,Ata üzü görməyən,Doyunca anasınaürəyini verməyən,Qırx yaşında oğulaPeyğəmbərlik qatındavergini verən Allah,Nə üçün Məhəmmədə“Peyğəmbərimsən” dedi,“Göydə göyümsən” dedi,“Yerdə yerimsən” dedi?Sual sual dalınca,cavab axtarır, cavab,Sual verməyə nə var,oğulsan, cavabı taplDüşündükcə bunlarıbiz-biz olur tüklərim,Azdı, min dəfə azdıBu suallar önündəMənim öyrəndiklərim,mənim düşündüklərimlilGötürdüyüm yük ağır,girdiyim meydan geniş,Mənzilə varmaq üçünmin yoxuş var, min eniş.Sərt yoxuşlar çıxandapolad dizim bükülsə,Uçrumları enəndəeniş üstümə gülsə,Bu yükü götürməyəəgər gücüm çatmasa,Ürəyimdən keçəniilhamım yaratmasa,Məni sevindirməsəbu zaman, bu ərəfə,Zəhmətim çatdırmasaömrümü bu şərəfə,Bəxtimi yarıtmasabu yolda arzum, kamım,Ya susub şairliyim,ya da susub ilhamım.Mənə güc ver, AllahımlEnişləri enməyə,yoxuşları çıxmağa,Yazdığım bu əsərləHəzrəti Məhəmmədinəllərini sıxmağalPeyğəmbərdən yazıram,eşqi dayağım olsunlOnun arxalandığıSur dağı dağım olsunl
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-zahiri-gormek-asan-batinden-ne-bilirsen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözəl cərrah, unudulmaz insan*Şamil Əlizadənin xatirəsinə*
Yollar məni ellərin ürəyinə qaytarırTanışdı ayağıma daşı da, kəsəyi də,Naxışdı gözlərimə çayı da, çisəyi də.
Gözəl dünya, gözəllərin var olsunGülüşündə güllər açdı könlümüz,Gözəl dünya, gözəllərin var olsun.
QalardımDağlar mənə gəl-gəl desə ürəkdən,Gəlib elə bu yerlərdə qalardım.
Стихи других поэтов
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Zahid ki, məscid içrə öziçün məkan tutubZahid ki, məscid içrə öziçün məkan tutub,Bayquşdu kim, xərabə ara aşiyan tutub.
Dilək ölməzYüksək dilək, ay dilək,Aydın dilək “ay” dilək,
ƏfəndimSəməd bəynən İsmeylin seyrinə vardım,Bu diyarı gəzə-gəzə əfəndim.