Parıl-parıl parıldayır küçələrÖtən bulud səpələyib yağışı.Mənim Bakım gözəl olur gecələrSinəsində milyon işıq naxışı.

Pəncərələr açılmışdır laybalayGəl, qulaq as şirin-şirin hər səsə.Mahnımızla göydə saysız ulduz, ay,Səhərədək sanki gəlir həvəsə.

Xəzərimin sularına sal nəzər,Ağ işıqlar elə bil ki, ilandır.Sahilində oğlan gəzər, qız gəzər,Ceyran, Maral deyərsən ki, yalandır.

Qız qalası Bakımızın vüqarı,Bilinməyir hələ neçə yaşı var.Qız qalası, qatar-qatar divarı,Qız qalası, oyuq-oyuq daşı var.

Parıl-parıl parıldayır küçələrÖtən bulud səpələyib yağışı.Mənim Bakım gözəl olur gecələr,Sinəsində milyon işıq naxışı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе