“Onu bağışlamaq olarmı?” filmindən

Yenə gəldi ilk baharYaz gülə-gülə.Bu qədər gəl etmə yarNaz gülə-gülə.Səni sevdim qəlbimləEy gözəl pəriMənə söyla bir şirinSöz gülə-gülə.Mən aşiq bəndəm gülə,Bülbüləm bəndəm güləXəstəyəm qalıb əlacımBir şirin dilə,Sevən aşiq a gülümGörməz dünyanı.Qara qaşın, ağ üzünOlum qurbanı.

Niyə məndən gizlədirsənEşqini sən?Mən aşiq bəndəm gülə,Bülbüləm bəndəm güləXəstəyəm qalıb əlacımBir şirin dilə.Açılıb hər yan çiçək,Bax, gözəl-gözəl.Telinə əlvan çiçəkTax gözəl-gözəl.Yanıram hicrinlə mənDön sərin suya.Ürəyimə sel kimiAx gözəl-gözəl.Cavan ömrüm şad olarSəslər hər yanı.Qara qaşın, ağ üzünOlum qurbanı.Niyə məndən gizlədirsənEşqini sən?Mən aşiq gələr yarım,Dərdimi bilər yarım,İnanıram dərmanımıEyləyər yarım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви