Min beş yüz əlli!..
Dinlə məni, səninləyəm, döyüşçü qardaşGün bu gündü, ay bu aydı, bir il əzəldi.Sevincimdən haman o gün titrədi dağ-daş,Məğrur başım buludları doğradı-dəldi!Al bayrağın qarşısında dizə çöküb mən,Peyman etdim, odlu sözlər çıxdı dilimdən.
O gün mənə zabitimiz, – mübarək! – deyə,Əllərimi dönə-dönə sıxdı ürəkdən.Yaraşıqlı bir ulduz da etdi hədiyyə,Söylədi ki: – bundan belə döyüşçüsən sən!..
Silahları payladılar; mənim tüfəngim,Ayna kimi şəfəq saçdı, gözüm qamaşdı,Heyrətimdən, sevincimdən dəyişdi rəngim,Gözlərimə əvvəlcə bir rəqəm sataşdı.Bir kənara çəkilərək, baxdım əməlli,Tüfəngimin nömrəsiydi: min beş yüz əlli!
Dinlə məni, səninləyəm, döyüşçü qardaş:Çox çəkmədi, bir gün mən də girişdim hərbə.Toza döndü qarşımızda hər qaya, hər daş,Tüfəngimlə tamamladı zərbəni-zərbə.O mənimlə sirdaş oldu çətində, darda,O mənimlə bir yeridi qasırğalarda!
Bir gün oldu, yaralandım vuruşmalarda,O vəfalı silahıma dedim əlvida!..Hər an onu min həsrətlə salarkən yada,
Deyirəm ki, uzaq olsun ondan hər qada!O mənimlə hər döyüşdə yardı cəbhələr,O mənimçin qiymətlidir bəbəyim qədər!
Kim bilir ki, bəlkə də o səndədir, ey dostBu sözümü yaxşı eşit, sanma giley, dost;O silahla düşməninin bağrını teylə,Əziz dostum, hər döyüşdə məni yad eylə!..Bilirəm ki, o səninçün candan şirindir;
Muğayat ol, əziz qardaş, o yarağından!Unutma ki, haman silah bir əsgərindir,Onun qəlbi fərəhlənir hər sorağından.Yaxşı vuruş, mən sevinim, tapım təsəlli,Silahımın adı budur: min beş yüz əlli!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-min-bes-yuz-elli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənə dost demədi dostum bircə yol,Nə də gətirmədi çoxlu hədiyyə.
Sevir, sevməyir?Göy çinar kölgəsində fikrə gedib tək,Oturmuşdur bir gözəl, yol çəkir gözü.
Eşqimiz nağıl olsunDünən axşam bir albomu əlimə aldım,Ürəyimin ilk sözünü gətirdim dilə.
Bahar gəlibYenə bahar gəlib, oyanıb aləmMən öz qazmamdayam, yerim soyuq, dar.
Стихи других поэтов
Müshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Molla SuğraMolla Suğraya ziyarət eylə qismət, ya Hüseyn!Siğə olsun bir müsəlmana bu övrət, ya Hüseyn!