Məni qınayırsan, deyirsən yetər,Bəsdir gözəlləri qələmə aldın.Getdi cavanlığın, getdi o illər,Artıq yaşa doldun, artıq qocaldın.

Düzdür, gənc demirlər daha Zeynala,Qoca da deyiləm, əslinə baxsan.Gözəllər göstərim sənə, az qalaYaş nədir, adını unudacaqsan!

Bax, ürək açılır, tamaşa et, gəl!Bizi heyran qoyur ana təbiət.Gözəl yaratmaqdan o çəksəydi əl,Mən də gözəllərə yazmazdım əlbət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов