Eylər
Bilirsənmi a insafsız, a zalım,Qəzəblənsə, qara gözlər qan eylər.Mehriban danışıq, a gözəl insan,Viranə çölləri gülüstan eylər.
Doğru işə düzgün plan yaxşıdı,Ölümdən qurtaran yalan yaxşıdı,Acı dildən gürzə ilan yaxşıdı,Öldürər biryolluq, ya divan eylər.
Nəsiyyət söz milyon-milyon deyildi,Düzəlmədi haram, bədən əyildi.Mey içildi, haram tikə yeyildi,Bunu naqis oğlu, ya şeytan eylər.
Sel başlandı, heç dolmadı boş kasam,Kamil nəsiyyətə bir qulaq asam.Nə vecinə mən dünyada olmasam,Dünya çox çaqqalı şir, aslan eylər.
Zəmanə yaşatdı necə Qurbanı,Yığdığı sərvəti, xəzinəsi hanı?Yola saldı neçə şah Süleymanı,Məhəbbət qocanı şux, cavan eylər.
Kitabxana.az · https://kitabxana.az/works/agdabanli-qurban-eyler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,