Baxdı-yığval bu diyara gətirdi,Taleyin olmasa nə mənası var.Əcəl gəldi kəsdi sənin üstünü,Döyünsən, çırpınsan nə mənası var.

Qəssal yuyar, qəddim bükər bir ağa,Bu günümdə yetiş dada bir ağa,Mən qulunam, nökərinnəm bil, ağa,Nökərin ağadan təmənnası var.

Alıyam çağırram sirri xudam,Bu dünya fanidi, köçəcək hamı,Tamam müəmmadı haqqın "Qur'an"ı,Oxuyub bilənə çox mənası var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq