Məhəbbətim daşa dəydi,Könlümün çırağı söndü.Gəşt edirdi ərş-əlada,Tərlan quşum yerə endi.

Mənim işim ahü-zardı,Can verən yaralı yardı.A dağlar, cəlalım vardı,Bu dünyam tərsinə döndü.

Məni şahmar ilan çaldı,Dərdsiz canım dərdə saldı.Desələr Bəsti necoldu,Deyin atəşlərə yandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri