Kor Nəsib:Bir aşıq gəlibdir Güllübulağa,Xoşa gəlmir nə avazı, nə səsi.Hayıf ki, görmürəm toy-büsatını,Deyirlər, seyiddi, ağır nəfəsi.

Aşıq Ələsgər:Fəhmi kora verib, zehni üstəlik,Xaliqin zəlilə budur müjdəsi.Mərd mərdi öldürsə intizar qalmaz,Kişiyə dəyməsin namərd gülləsi

Kor Nəsib:Nə saz çala bilir, nə də oxuya,Yun tök qabağına kilim toxuya.Qonaq edin pendir, çörək, yuxaya,Dolsun dağarcığı, həm də kisəsi.

Aşıq Ələsgər:Toxunmaram sənin kimi zəlilə,Hədələmə məni xalqın əliylə.Bir qulaq as, nəsihətə, dəlilə,Eşidənin səndən gəlsin həvəsi .

Kor Nəsib:Nəsib çox aşıqnan açıb meydanı,Başına dar edib, bu gen dünyanıMüsafirdi yığın, ona dövarnıDeyirlər çoxdur nəticəsi, nəvəsi

Aşıq Ələsgər:Ələsgər hər yanı, gəzib, dolaşarMüxənnət görəndə xəyalı çaşarPay yığmaqda, Kor Nəsibə yaraşarÇünki, yoxdur gözlərinin giləsi.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri