Gündü
Bu günə deyərlər qurban bayramı,Hacılar murada yetdiyi gündü.Səksən min ehtacı doxsan min hacıAlıf Arafata getdiyi gündü.
Bir gecə guşumda əmr etdi Cəlil,Kağızı qələmi alıfdı dəlil,Arafat dağında İbrahim Xəlil,İsmayılı qurban etdiyi gündü.
Quyunun içində Yusufu kənanHaqqın dərgahına gətirdi gümanDadına yetişdi ulu bəzirganGötürüb misirdə satdığı gündü.
Aldandı iblisə yazıdı bəyinOnu eşidənlər hep lənət deyən,Kərbəla çölündə imam HüseynQızıl qan içində yatdığı gündü.
Şenlik der Peyğənbər getdi Mehraca,Dürdən libas geyib yetişdi taca,Qənimət gətirdi yerah möhtaca,Əli də gah-gaha tutduğu gündü.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-senlik-gundu
← → düymələri ilə keçid, R — təsadüfi şeir