Həzrət-əşrəf! Zati-alinizin göndərdiyi məktubdan aldığım gözəl təəssüratı ifadə etmək üçün söz tapa bilmirəm. Mən bu məktubda yeni əlifbama dair birinci dəfə olaraq, təsəlliverici sözləri oxudum. Açıq deməliyəm ki, mən öz layihəmin faydalı və əsaslı olmasına o qədər möhkəm əmin idim ki, onun tezliklə və hər yerdə tətbiq ediləcəyinə zərrə qədər şübhə etmirdim. Belə bir əhvali-ruhiyyə ilə mən özümü elə bir şəxslə müqayisə edirdim ki, o, özünün bütün zəifliyi ilə qarşısında duran ən böyük çətinlikləri aradan qaldıra bilər. Lakin sizin məktubunuzu oxuduqdan sonra, sizə bəslədiyim tam etimada baxmayaraq, öz fikrimi dəyişdim. Məndəki coşqunluq və sonsuz enerji, əql-səlim və sakitliklə əvəz edildi. Mən öz layihəmi bəşəriyyət üçün faydalı olan bir zəhmətin nəticəsi kimi müdafiə etmək haqqında düşünərək, aşağıdakı qərara gəldim.

Mənim layihəm hazırda islam Şərqinin ruhuna uyğun olaraq, rəhbər kimi qəbul edilə bilməz. Çünki o qəbul edildikdə hazırda Asiya və Avropada mövcud olan əlifba ilə çap edilmiş və həmin əlifbada olan bütün kitabları ləğv etmək lazım gələrdi. Ona görə də olmazmı ki, həmin bu əlifbanı hazırda mövcud olan köhnə əlifba ilə bir sırada tətbiq edərək, cüzi zəhmətlə öyrənmək fikri qəbul edilsin. Necə ki, rus mülki əlifbası kilsə əlifbası ilə birlikdə bir-birinə mane olmadan eyni xalq tərəfindən yazılır və oxunur. Belə bir ehtimalın mümkün olacağını düşünərkən mən müsəlmanların onsuz da şikəstə, reyhani və sairə kimi, həm də oxumağı bacaran adamların əksəriyyətinə tanış olmayan xətlərə malik olduğunu nəzərdə tuturdum. Lakin burada bir fərq var ki, adlarını çəkdiyim xətlər, mənim əlifbam tətbiq edildiyi təqdirdə, hazırkı yazıdan fərqləndiyi qədər fərqli deyildirlər. Ancaq mənim əlifbamın çox mühüm üstünlüyü vardır. Onun vasitəsilə bütün tarixi və coğrafi əsərlərdə bol olan xüsusi adları doğru və düzgün oxumaq və yazmaq mümkün olacaqdır.

Əgər yuxarıda izah etdiyim ehtimal həyata keçirilərsə, mənim layihəmin müvəffəqiyyəti zamandan və habelə onu qəbul edən xalqın hər cür yeniliyə olan meylindən asılı olacaqdır. O zaman ümid etmək olar ki, mənim əlifbam elə bir xalqın vasitəsilə Şərq ədəbiyyatında fəxri yer tutacaq və o əlifbada yeni-yeni əsərlər meydana çıxmaqla yanaşı, köhnə əlifba ilə olan bir çox köhnə kitablar da həmin əlifbaya köçürüləcəkdir. Əlbəttə, belə olduqda mənim məqsədim yerinə çatacaq və o xoşbəxt günlərə qədər yaşamasam da, əvvəlcədən bu xüsusda asudə ola bilərəm. Bu ümidlə də mən öz işlərimi bitirdikdən sonra gələn payızda Konstantinopola getmək və öz əlifbamın layihəsini şəxsən Türkiyə hökumətinə təqdim etmək qərarına gəlmişəm. Buna görə də mən cənabınıza müraciətlə acizanə xahiş edirəm ki, o vaxta qədər sizin mənə olan mərhəmətinizin davam etdirilməsinin əlaməti olaraq, həmin bu layihəni imperatorluq Elmlər Akademiyasının müzakirəsinə verərək, eyni zamanda qeyd edəsiniz ki, bu layihədə ilk əvvəl qapıldığım ruh yüksəkliyinin təsiri altında yazılmış müqəddimə, yuxarıda göstərilən mötədil ruhda yazılmış müqəddimə ilə əvəz ediləcəkdir. Əgər akademiya xeyirxahlıq üzündən mənim layihəmi qəbul edərsə, mən özümü tamamilə xoşbəxt hesab edərək, bütün ömrüm boyu faydalı olması inkaredilməz bu əsərin yayılması uğrunda yorulmadan çalışaram.

Məktubumun sonunda, komediyalarımdan ibarət olan kitabımın bir nüsxəsini sizə təqdim edib, onu qərəzsiz sədaqətimin və sizə dərin hörmətimin təzahürü kimi qəbul etməyinizi xahiş edirəm.

Həzrət-əşrəfinizin sədaqətli xidmətçisi,

Mirzə Fətəli Axundzadə
28 mart 1860-cı il, Tiflis.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Yek kəlmə” haqqında

Təbriz naibül-vüzarəsi Mirzə Yusif xan cənablarına, 8 noyabr 1875-də yazdığım məktubun surətidir.*Əzizim!

7 dəq
Fehristi-kitab

İnsan təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; a ğ l a m a q – əlaməti-qəmdir, g ü l m ə k – əlaməti-fərəhdir. Gahi məsaibin vüquu və müfərrihatın süduru və gahi onların təqriri və ya təhriri bu iki haləti, təbiəti-insanda zahir edər. Təqrir və təhrir surətində qəm və fərəhə və giryə və xəndəyə ümdə müəssir vəz’i-hekayətdir. Əksər övqat namərğub vəz’lə zikr olunan müsibətdən adəm mütəəssir olmaz; lakin haman müsibət özgə, pəsəndidə vəz’ ilə nəql olunduqda kəma-yənbəği tə’sir bağışlar; necə ki, naqis və kamil mərsiyəxanların məclisində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik.Əgər nəqli-müsibət və ya behcət təbaye və əxlaqi-bəşəriyyəni kəma-filvaqe bəyan etməklə təbiəti-müstəmiə məqbul və müəssir düşdü, haman nəqlin vazeinə və müsənnifinə həkimi-pövşənrəvan və arifi-təbaye-insani deyərlər və naqili-kamilinə süxənguyi-qabil.

18595 dəq
[Nəzm və nəsr haqqında]

Hər dilin təkəllümü və kitabəti qərari-mütəarif üzrə nəsr ilədir və gahi bir para məzaminin fəhmindən ziyadə ləzzətənduz və mütəəssir olmaq üçün təkəllüm və kitabət şe’r ilə olur. Şe’r gərək laməhal ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə tə’sirə bais ola. Əgər olmasa, sadə nəzmdir. Və şe’r təbaye və adata və istilaha qərib əlfaz və məzamin ilə deyiləndə ləziz və müəssir düşəcək və ləvazimatdandır hüsni-əlfaz və təşbihat və təmsilat və tövzih və təsrih və sair mühəssənat. Əgər bunun xilafınca deyilsə, məzaci-müstəme’də onun eşitməyindən heç bir gunə təğyir hasil olmaz. Bu cəhətdəndir ki, əksər qəzəliyyat məzaci-insanidə hərgiz bir şövq və vəcd əmələ gətirmir. Bəs mə’lum oldu ki, şe’r əgərçi nəzm ilə olur, amma hər nəzm şe’r deyil. Məsələn: bir para mətalibi sühuləti-hifz üçün və hüsni-təbyin üçün nəzmlə zikr edərlər. Əlbəttə, belə nəzmlərə şe’r və naziminə şair demək xətadır.Tarixi-hicridən bu zamana qədər milləti-islam arasında bir kimsənə şe’r ilə nəzmə fərq verməyib, hər nazimin adına bərxilafi-həqq şair deyiblər. Şe’r əlahiddə bir bəxşi-ilahidir və maddeyi-qabiliyyətişair xudadadədir və təhsil və tərbiyət o maddənin ancaq inbisatına və əş’arın artıq zinətinə bais olar. Belə maddə sahibləri çox nadir vücuda gələrlər. Əhli-fürsdən ancaq Firdövsi və Nizami və Cami və Sə’di və Mollayi-Rumi və Hafiz şairdirlər. Bunların da qüsuru budur ki, bir para məqamda izhari-fəzl üçün xilafi-təbiətü adət göftgu ediblər. Belə məqamlarda onların xəyalatına da şe’r demək caiz deyil, ancaq mənzumati-məqbulə və pəsəndidə demək olur. Şe’r dərəcəsindən əsfəl, bunlardan masəva sairlərinin hərgiz şe’r maddəsi yoxdur. Ancaq sənətkardırlar ki, əlfaz hifz edib şüruti-nəzmə müvafiq haman əlfazı rişteyi-nəzmə düzürlər və hərgiz nəzmlərində bir tə’sir yoxdur; bəlkə əksərinin nəzmlərində heç məzmunu-səhih dəxi tapılmaz və bu sənət bir belə asan zaddır ki, hər bir məktəbdən çıxan kimsənələrin əksəri fürs arasında bir az məşq etməklə əlfazı nəzmə düzməyə qadir olur və belə kimsənələrə şair demək qələtdir.

3 dəq
Mollayi-Ruminin və onun təsnifinin babında

Məxdumi-mükərrəmi-mən, şeyxül-islam!Məsnəvini min əvvəlihi ila axirihi mütaliə etdim. Lihaza Avropa ərbabi-qələmlərinin səyaqınca Mollayi-Ruminin və onun təsnifinin babında öz əqidəmi bəyana gətirirəm. Bu növ bəyan, miləli-islam arasında rəsm deyil və lakin Avropada heç bir təsnif çıxmaz ki, onun və müsənnifinin xüsusunda lazimeyi-bəyan və mədh, ya zəmm və ya hər ikisi məxlutən əmələ gəlməsin.

5 dəq

Başqa şairlərin şeirləri