Manukci Sahibə

Mənim əziz və mehriban dostum Manukci-Limci Sahib! Allah ömrünüzü uzun etsin!

Birinci, sizin fərəhartıran məktublarınız mənə çatdı. Sonsuz sevincimə səbəb oldu.

İkinci, sizin iki cild kitabdan ibarət olan hədiyyəniz də çatdı. Onlardan biri özünüzün tərcümeyi-halınızdır. İkincisi isə “Əncümən-arayehuşəng-Nasiri” lüğətidir. Bu əsərlər mənə Azərbaycanın nayibülvəzarəsi Mirzə Yusif xan vasitəsi ilə çatdı.

Sizin tərcümeyi-halınızı bilərək, təəssüflər etdim. Nə etməliyik? Təqsir bizim ata-babalarımızdadır ki, nifaq işini əvvəlbaşdan özlərinə peşə etmişlər. Bunun nəticəsində həmrəyliyin və ittifaqın olmadığına görə yadellilərin hücumunu dəf etməkdən aciz qalaraq, özlərinin behişt misli olan vətənlərini düşmənə təslim edib, dinlərini və dövlətlərini onların ixtiyarında qoymuşlar. Qeyrətsizliyin və uzaqgörməməzliyin nəticəsində 1290 ildir ki, öz övladlarını sonsuz müsibətlərə və bəlalara düçar etmişlər.

Onların övladlarından biri də sizsiniz ki, ömrünüz boyu yadların ardınca gedənlərin əlindən bu qədər müsibətlər çəkib, həmişə qan udmuşsunuz.

Təbiət qanununun hökmünə görə başlanğıcı olan hər bir şeyin sonu da olmalıdır. Yadların ardınca gedənlərin hakimiyyət dövrünün başlanğıc və orta dövrü keçmişdir. İndi onun son dövrüdür. Sağlıq olsa, yaxın gələcəkdə vətənimiz yadların ardınca gedənlərin mənhus vücudundan təmizlənəcəkdir! Yurdumuz yenidən gülüstana çevriləcək və keçmiş zamanlarda olan ədalət yenidən ehya olunacaqdır. Təəssüf ki, bizim ömrümüz o gözəl və səadətli günləri görməyə vəfa etməyəcəkdir. Lakin yəqin ediniz ki, o günlər gələcək və bizim övladımız o günlərin bəhrəsini görəcəkdirlər.

“Əncümənaraye-huşəng-Nasiri” lüğətinə görə sonsuz minnətdarlığımı sizə bildirirəm. Mən bir çox illərdən bəri belə bir lüğət axtarırdım. İndi sizin mərhəmətinizdən arzuma nail oldum.

Sizdən bir neçə sualım da vardır:

Birinci – Həzrət Zərdüştün dinində də islam dinində olduğu kimi, müxtəlif məzhəblər vardır, ya yox? Əgər belə məzhəblər varsa, neçədir və onların baniləri kimlərdir? O məzhəblərin adları nədir və daha çox tərəfdarları olan ən məşhurları hansılardır?

İkinci – siz bu məzhəblərdən hansına mənsubsunuz?

Üçüncü – siz şəxsən tərəfdarı olduğunuz məzhəbin baş alimi, yəni ruhanisinin ləqəbi nədir, möbiddir, muğdur, ya başqa bir şeydir?

Dördüncü – siz özünüz mənsub olduğunuz məzhəbin hal-hazırda ən məşhur və ən bilikli alimləri kimlərdir və harada yaşayırlar? Sizinlə onun arasında tanışlıq və dostluq vardır, ya yox?

Beşinci – Həzrət Zərdüştün istər Hindistanda, istərsə də dünyanın başqa yerlərində olan tərəfdarlarının sayı neçə milyon ola bilər?

Bu sualların cavabını tezliklə mənə yazmağınızı xahiş edirəm.

Bundan sonra mənə məktub yazarkən, birbaş Azərbaycanın naibülvəzarəsi Mirzə Yusif xanın ünvanına göndərin ki, o, çox asanlıqla və tezliklə mənə çatdıracaqdır.

İndi öz şəklimdən bir dənəsini yadigar olaraq sizə göndərirəm. Əgər sizin də şəkliniz varsa, mənə göndərin ki, mənim üçün çox əziz bir hədiyyə olacaqdır. Öz şəklimdən birisini də sizə göndərirəm və xahiş edirəm ki, onu çoxlu salamla sizin Hindistandakı dostunuz və tanışınız olan ən məşhur və bilikli alimə yetirəsiniz. Ondan cavab aldıqda, ya eynilə və ya da tərcüməsini mənə göndərəsiniz. Mənim dilimdən nəvvab, əşrəf-əmcəd, alinəsəbli şahzadə Etizadüs-səltənəyə salam yetirib deyiniz ki, nə qədər ömrüm var onu mədh edəcəyəm, şəxsən ona səmimiyyət və inamdan başqa xüsusi məhəbbətim də vardır.

Sizin dostunuz kolonel Mirzə Fətəli
Axundzadə
Yanvar 1876-cı il. Tiflis

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü məclis

Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, birieşşək üstə gəlirlər.

12 dəq
Beşinci məclis

Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar.H e y d ə r b ə y: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm.

17 dəq
“Kəmalüddövlə məktubları”nın üzünü köçürən şəxsin islam xalqlarının şəriət xadimlərindən birinə göndərdiyi məktubun surəti

(h. 1280-ci ildə)Bilik və mə’rifət sahiblərinə aydın və aşkardır ki, heç bir əsrdə və heç bir zaman dünya dinsiz və zındıq adamlardan xali olmamış və olmayacaqdır. Bu adamlara acıqlanıb qəzəblənmək heç bir nəticə verməz. Çünki bu kimi yolunu azmış adamlar bir və ya iki nəfər deyil, həm də ölkənin daxilində yaşamırlar və özləri də müəyyən bir əsrdə baş qaldırmırlar ki, onların öhdəsindən asanlıqla gəlmək mümkün olsun. Onlar saya-hesaba gəlməz dərəcədə çoxdurlar. Biz onların hansının öhdəsindən gələ bilərik?

5 dəq
Kəmalüddövlənin əvvəlinci məktubu

Rəməzan ayında, sənə 1280-də Təbrizdən*Ey mənim əziz dostum Cəlalüddövlə, axır sənin sözünə baxdım, ingilis və firəng və Yengi Dünya səfərindən sonra İran torpağına səfər etdim. Amma peşman olmuşam; kaş gəlmiyəydim, kaş bu vilayətin əhlini ki, mənim ilə həmməzhəbdirlər, görmiyəydim və oların əhvalından xəbərdar olmuyaydım. Ciyərim kabab oldu. Ey İran, hanı sənin o şövkətin və səadətin ki, Kəyumərs və Cəmşid və Güştasib və Nuşirəvan və Xosrov-Pərviz ə’sarında var idi?..

35 dəq

Başqa şairlərin şeirləri