Fatma tar çalır
Əlində titrərkən o nazik tellər,Sonsuz həyəcanla titrədi qəlbim.O incə, o şirin, dadlı nəğmələr,Fələyə qaldırdı ruhumu mənim.Eşqin yüksəldifərəhlə bir an.Şövqə gəldican.Qoy açsın qanad,sənin xəyalın.Bir an da olsa qoy gülsün bu həyat,Məst etsin qəlbimi gözəl camalın.Hamıdan xoşbəxtəm bu dünyada mən,Səninlə bağlıdır bəxtiyarlığım.Əqlim də sən oldun, düşüncəm də sənSənsiz nəyə lazım mənim varlığım?Hüsnünün nurunu gördükdə bir dəm,Könül qaldı mat.Sanasan dövrəmdə rəqs etdi aləm,Bütün kainatbir nəğmə oldu,Füsunlu ahənglə qəlbimə doldu.Mən səni araram ey əziz nigar,Qoyma ki, arizum qəlbimdə qalsın.Təbiət məst olub bizə oldu yar,Çalışır tez bizi ağuşə alsın.O şaqraq səsindəMəlahət vardır,Ürəyim səninləNə bəxtiyardır!
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-fatma-tar-calir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənətin fırçası köhnə, şahkar--Bir işi etməzsə bizə aşikar,
Əlində tutduğun dolu peymanəƏlində tutduğun dolu peymanə,Şərabə bənzəyir, belə məstanə.
Talein yar olsa sənə hər zamanTalein yar olsa sənə hər zaman,Hər hünər qarşında diz çökər inan!
Təkcə nöqsan görər eyib axtaranTəkcə nöqsan görər eyib axtaran,Düzü də o əyri görür hər zaman.
Başqa şairlərin şeirləri
Eşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,