Təklik
Xəyal gah dağdadır, gah da aranda,Gah göyə yüksəlir, gah enir insan.Otaqda bir saat tək oturanda,Yüz ilin dərdiylə yüklənir insan.
Elə bil divarlar gəlir üstünə,Qulağın səslənir, qəlbin döyünür.Alışıb yanırsan sən öz tüstünə,Nidalar gözündə suala dönür.
İnsanı tez yorar düşüncələr də,Verib nəfəsini dərd udar insan.Özündən başqası olmayan yerdə,İnsan olduğunu unudar insan...
Bir günəş bəs edər, pərişan olma,Sənin yüz Kür qədər göz yaşın olsa.Min dərd hücum etsə, könül, sıxılma,Bir nəfər dərd bilən sirdaşın olsa.
Dünyaya gəlmədik biz əbəs yerə,İnsanıq, insan da bizə gərəkdir.Bağatək qınına çəkilənlərəÜrək nə gərəkdir, dil nə gərəkdir.
Çay çaya qovuşmaz sular daşmasa,Ulduzun ulduzla ünsiyyəti var.Göydə buludlar da qoşalaşmasaNə ildırım çaxar, nə yağış yağar...
Yol tapa bilərmi saz ürəklərə,Mizrab asta-asta telə dəyməsə?Çıxarmı qönçədən tək bircə kərə,Bülbülün nəfəsi gülə dəyməsə?
Öz el-obasını tərk etdiyindən,Tək-tənha dolanır bayquş bu gün də.Kolların dibində tək bitdiyindən,Boynu bükük olur bənövşənin də.
Od vurmasa, qabda su daşa bilməz,Quş da tək qanadla dağ aşa bilməz.Kösöyün ikisi çöldə də yanar,Biri ocaqda da alışa bilməz.
Qəlbimdə min sözüm, min söhbətim var,Mən deyim, siz deyin, dil yorulmasın.Yığılın, yığılın başıma, dostlar,Mənim bir günüm də sizsiz olmasın.
Dostların qəlbidir yurdum, məskənim,Ürəkdə bir nisgil gərək olmasın.Sağlığım bir yana, a dostlar, mənim;Soyuq məzarım da heç tək olmasın!
Mart, 1956
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-teklik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ayrı cür yaşadıq biz ömrümüzü,Adamlar korlanır, vallah, günbəgün.
Babam, atam, mən"Apollon-8" gəmisi ilə kosmik səyahətim məni bir daha inandırdı ki, biz hamımız balaca bir planetdə yaşayırıq*F.Borman*
DanyeriSon zamanlar ABŞ-da "Başqa cür düşünənlər"in adı "qara siyahıya" düşür. Bu siyahıya düşənlərdən biri də məşhur fizik, "Xalqlar arasında sülhü möhkəmlətmək üçün" beynəlxalq Lenin və Nobel mükafatları laureatı Laynus Polinqdir.*(qəzetlərdən)*
Şairləri öldürürlərMüstəbidlər başa düşmür şairləri. O zaman ki başa düşür, fərman verir ölümünə*A. Voznesenski*
Başqa şairlərin şeirləri
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
زان عهد قدیم چون مرا یاد آیدلذات جهان سر به سرم باد آید
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.