رخش امل متاز که ایام توسن استکار عدم بساز که رحلت معین است

بر خاک عاشقی پی او بر مگیر هانزیرا رقیب بر ره و معشوق دشمن است

امروز جای پاک درین خاکدان که یافت؟آنکو به دستگاه قناعت ممکن است

دهر ابلق است و عرصه خاکی مصافگاهمنشین برو گرت نه سر زخم خوردن است

ور زو نزاد بچه راحت عجب مدارکاین ابلق از طریق حقیقت سترون است

بشنو که نیست عالم شش سو حریف چربور آب هفت عرصه دریاش روغن است

ایمه جهان و خلق جهان دیده ای که چیست؟ده مرغ نیم سوخته در یک نشیمن است

مرهم که یافت ور نه همه خاک خستگی است؟رستم کجاست ورنه همه چاه بیژن است؟

بی شفقتی سپهر درین دان که از شفقهر شامگه به خون تو آلوده دامن است

از روغن تو دان که بپالود چار طبعکاین شمع هفت طارم پیروزه روشن است

خوشدل مجوی مرد به عالم که بر فلکآن رود زن که هست طربناک هم زن است

سر بر مکن ز جیب که تا چرخ خیمه بستاز دو طناب خیمه زه جیب و گردنست

در چشم من مگو نرسد سوزن فنابهتر ببین که خود مژه همشکل سوزن است

باغ جهان مبین و حدیثش مگو از آنککوری درو ز نرگس و گنگی ز سوسن است

با هر که هست گرم و سبک، همچو آه مندهر دو رنگ سرد و گران همچو آهن است

ما را چه غم چو بر دل ما فقر پادشاستکاوس را چه باک که رستم تهمتن است

من غم خوردم نه مرغ مسمن که مرغ غماز بس که خورد دانه دل هم مسمن است

دندان حرص چون نکنم که آسمان به تکدامن گرفته در دهن اندر پی من است

یک زنده دل نماند که آواز دهدکین خاک توده گلخن ویران نه گلشن است

دلها بمرد و بر سر این جمع مرده دلهر صبحدم خروس سحرگه به شیون است

جوجو چراست از غم عالم دل مجیر؟کورا جوی هنوز درین تیره خرمن است

Arzu atını çapma ki, ömrün qaçağandır,Yoxluq işinə başla ki, köçməklik əyandır!

Aşiqsən əgər torpağa, ardınca sürünmə,Var yolda rəqibin, ona məşuqun həyandır.

Dünyada bu gün kim özünə yer tapacaq, kim?Varsa o qənaət bucağında oturandır.

Meydandı bu dünya evi, dövran dəli köhlən –Minmə ona, saxla yaradan başın, amandır!

Yoxdursa rahat dayçası, gəl etmə təəccüb, –Əvvəldən ala at nə doğulmuş, nə doğandır.

Bu yeddibucaq aləmi yağlı tikə sanma, –Yeddi dənizi, yağsa da, əslən o sudandır.

Məlhəm hanı ki, yer üzünü tutdu naxoşluq?Rüstəm hanı, Bijən quyuda halı yamandır!

Zalım fələyin, bax şəfəqə, zülmünü bir gör,Qanınla sənin hər gün onun daməni qandır.

Dörd ünsür o şəmi hazır etmiş ki, yağından –Yeddi abı tağı fələyin nur saçandır!

Xoşhal kişi axtarma cahan içrə, fələkdə –Şən varsa, qadındı, o da ki rud çalandır!

Qaldırma yaxandan başını, xeymə quran çərx –İplər uzadıb xeymədən, insanı boğandır.

Zənn etmə fəna iynəsi batmaz gözünə, bax, –Kirpik özü də şəklcə bir iynə, tikandır.

Vəsf etmə cahan bağını, bir güllərinə bax, –Süsən – kar edən, nərgizi də göz çıxarandır.

Dövran mənim ahım kimi yüngüldür, həm isti, –Dəhr isə dəmir kimi soyuq, həm də girandır.

Yoxdur qəmimiz, könlümüzə fərqdi sultan,Kavus niyə qorxsun, onu Rüstəm qoruyandır.

Kök quş yeməyir qəm, yeyirəm mən ki, qəmim həm –Qəlbini yeməkdən kökəlib, sanki qabandır.

Çəkdimsə təmənna dişimi, illət odur ki, –Göy atlanaraq, hirslə ardımca rəvandır.

Bir qəlbiaçıq qalmadı, versin səsimə səs,Dünya nə gülüstan, xaraba, külsovurandır.

Ah, öldü könüllər, bu ölücanlılar üstə –Hər sübh xoruzlar banı şivən qoparandır.

Dünya qəmi bağrın qana döndərdi Mücirin,Bir arpası var, xərmən üçün bərk nigarandır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri