مگذار که عشقت را هر مختصر اندیشدیک گام نهد در ره صدبار براندیشد

Ağır ol, eşqini yol vermə hər bifər düşünə!Bir addım atdımı, yüz yol durub xətər düşünə.

جایی که ز مژگانت زوبین بلا باردعاشق نبود آنکس کانجا سپر اندیشد

Hədəf alanda bəla oxlarına müjganın,Sayılmaz aşiq o kəs ki, oxa süpər düşünə.

دل وصلت لب جوید وانگاه ز جان ترسدپروانه رخت بیند وانگه ز پر اندیشد

Könül ləbini umarsa, canın bahası nədir?Rəvamıdır görə pərvanə şəmi, pər düşünə?!

وصلت به تمنایی حاصل نشود کس راکی طعم شکر یابد آنکو شکر اندیشد

Diləklə bir kəsə vəslin sənin nəsib olmaz,Olarmı ağzı şirin, kim ki, hey şəkər düşünə?

جایی که سراندازی ای شمع نکورویانسر سوخته به چون شمع آنکو ز سر اندیشد

Biçəndə başları sən, ey gözəllərin şəmi,O baş gərək yana şəm tək, "gedir hədər" düşünə.

در خون کشم آن دل را کو از سر نااهلیجز پیش تو جان دادن چیزی دگر اندیشد

O qəlbi döndərərəm mən qana ki, anlamadanYolunda canı yox, özgə hədiyyələr düşünə.

امید مجیر از تو بیش از نظری نبودخود زهره نمی دارد کان یک نظر اندیشد

Mücirin arzusu tək bir nəzər olub səndən,Yəqin ki, Zöhrə bacarmaz elə nəzər düşünə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq