Nazlıcasan, nazəninsən, bilməzəm cananəsən,Canımızsan, canımızsan, bilirəm cananəsən.Sərvi boyundur, qiyamət qorxuram bundan qopa,Fitnedir xüftə gözün, üşənürəm oyanasan.Can ləbinin qamna dilər ki, qana, qana qan,Necə sən qanlı ürəyimin qanına qanasan.Qulluğa canım yasanır, necə zülfün yasanır,Zülfünün bəndində məni sən usana sanasan.Can ilə könül apardı əql, acıdı eşq der,Asişindən bixəbərdir yana-yana yanasan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq