Yanağun alı ilə sən başladun alə, eyləmi?Gözlərümün yaşını sən boyadun alə, eyləmi?

Ləli-ləbüni görəli susamışam totağuna,Qarşuna uşda oluram təşnə zülalə eyləmi?

Dam ilə danəyə düşər uçan həvada quş dəxiDüşdüm isə dəpələgil zülf ilə xalə eyləmi?

Könül kimi sevər isə Leyliyi-Məcnun oldurur,Düşdüm isə günahluyam sahibcəmalə, eyləmi?

Səba yeli gətürəli bana gisusı qoxusınYüklədürəm qoxuları badi-şimalə, eyləmi?

Belün içün qıl olmışam bənzədürəm öz-özümiBədr yüzüni görəli mahi-hilalə, eyləmi?

Bəhram əgər av olmaya, gözlərünə çubin ola,Qəmzələrün urur oxın Rüstəmi-Zala eyləmi?

Bir qıl ilə asılıban zülfünə, şöylə qalmışam,Eşq əri bənüm kibi qıl ilə qala eyləmi?

Məqtə — şairin təxəllüsü olan son beyt. Bidilü aşiqü qərib xəstədürür ləbün, təbibDərdinə qılmaya dəva, düşə vəbalə eyləmi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq