Nə böyük səadət varmış, dörd divar içində…
Nə ki, gücüm vardı yığdım,Minlərlə lal-kar içindən…Axır ki, siyrilib çıxdım,Pislər, murdarlar içindən…
Gəldim əsl haqqa, yola,Xilas oldum fitnə-şərdən…Özüm bəşər ola-ola,Ayrıldım cinsi-bəşərdən…
Hərəni yaşayır gördüm,Bir qurd-canavar içində…Özümü elədim sürgün,Bu həşəratlar içindən…
Təzədən açdım gözümü,Elə bil ki, zühur etdim…Pak elədim üz-gözümü,Min-bir kərə qüsl etdim…
Baxdım ki, adam adamı,Satır lap məzar içində…Mahir alverçiymiş hamı,Qaçdım bu bazar içindən…
Tamam ayrı insan oldum,Öz keçmişimdən əl çəkdim…Təklikdən xaniman qurdum,Hər yanıma çəpər çəkdim…
Cana gəldim yaza-yaza,Evim istehkamım oldu.Bir qələmim, bir də masam,Bir də ki, ilhamım oldu…
Tənhalıqda nicat varmış,Yox dərd, intizar içimdə…Nə böyük səadət varmış,Allah, dörd divar içində…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-ne-boyuk-seadet-varmis-dord-divar-icinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dava gedir məmləkətdə, qanlı dava,Dava ilə nəfəs alır bu el, oba.
Nə gündəydi, indi qalıb nə günə…Nə gündəydi, indi qalıb nə günə,Gözdən düşüb gözdə olan-bu millət.
GedirTək QARABAĞ getmir əldən,Xalq,millət də əldən gedir…
Sən ey millət qəhrəmanıMillətin ağır günündəA millətin nankor oğlu,
Başqa şairlərin şeirləri
Şövqim gətürdi cilvəyə ol sərvqaməti,Münkir imiş, ey həkim, gör imdi qiyaməti.
Ey bivəfa, qoyubsan əcəb qalə tək məniEy bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd