Tək QARABAĞ getmir əldən,Xalq,millət də əldən gedir…Tək yurd-ocaq getmir əldən,Şan-şöhrət də əldən gedir…

Çapa-çapdı, sökə-sökdü,Bata-batdı,çökə-çökdü,İgidlik də, kişilik də,Ləyaqət də əldən gedir…

Bir vaxt qüdrətimiz vardı,Öz şərafətimiz vardı,Namus, qeyrətimiz vardı,

Ta qeyrətdə əldən gedir.

Məsləklər düşüb talana,Doğru oxşayır yalana,Ta nə yazan, nə yaradan,Söz,sənətdə əldən gedir…

Gör kim gəzir oylağında,Sinəm odlar qaynağında,Şuşam yadlar caynağında,Nə müddətdir əldən gedib…

Bu sahibsiz vilayətdə,Bütün əllər cinayətdə,Həqiqət də, təriqət də,Məhəbbət də əldən gedir…

1993.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən