Yurduna ağlayan ana
Soyuq çadıra sığınıb,Dizin qucaqlayan ana…Unudub şəhid oğlunu,Vətənə ağlayan ana…
Bilirəm yadlar əlindəƏsirdir elin, mahalın…Deyirsən:-məni öləndəQəbiristanımıza aparın…
O yerdədir, ağrın alım,Köküm, əqrəbam, nəslim.Qovun qanlı yağılarıMəni o yerdə basdırın…
O yerlərsiz mən nəçiyəm,O yerlərsiz nə qiymətim…Ölməsəydi bircəciyim,Çin olardı vəsiyyətim…
El dərdidir mənim dərdim,Vətənsizəm, ağrın alım…Kişim ölüb o yerlərdəGedim qəbrini axtarım…
Tale bizə gör nə yazıb,Taleyə asısan ana…Vətən analar anası,Ana balasısan, ana…
Hamımız məhkum ölümə,Vətən sağ olmayan yerdə…Biz kimə gərəyik, kimə,Bu torpaq olmayan yerdə…
Elə həsrətlə danışdın,Allahlaşdın nəzərimdə…Sən ətəyimdən yapışdın,Mən əyildim hüzurunda…
Dünyada mənə hələ sən,Vətənsiz bir insan göstər…Oğul dərdinə dözərlər,Vətən dərdinə dözməzlər…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-yurduna-aglayan-ana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Bu gün mən dolaşırkən, bu əmək torpağındaSaçlarım təbiətin bülluri darağında
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
GörünürHəyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.