Ah... Yalnız sən!
Ruhum, ey aşinayi-əsrarım!Həp uzaq, bəzmi-vüslətindən uzaq,Qürbət ellərdə təlxkam olaraq,Səni özlər də sızlayıb yanarım.
Gecə-gündüz həyati-müztəribim,Sənin alami-həsrətinlə sönər.Fikrə gəldikcə həp keçən günlər,Daima çırpınıb durur qəlbim.
Səndən ayrıldığım zaman o gözəl,Tatlı, süzgün baqışların guyaPək dərin bir sükut içində banaDemək istərdi: “Get, fəqət tez gəl!”
Öpüb əmdikcə tombul əllərini,Ruhum ağlardı, iştə sən o zamanOqudun gözlərimdə pürhəyəcanBir əsirin sönən əməllərini.
Sonra titrək, kəsik əda ilə sənYalınız - get, saqın unutma! - dedin.Uça bilsən də şimdi bir gəlsən,Halımı seyr edib olurdun əmin.
İştə! Həp nevbahara nəşə verənQönçələr, nəğmələr, təbəssümlər,Al şəfəqlər, nəsimi-şuxi-səhərBana biganə... ah... yalnız sən!
Kitabxana.az · https://kitabxana.az/works/cavid-ah-yalniz-sen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İştə novruz! Yetişdi fəsli-bahar.Gəldi işrət zamanı, qardaşlar!
Öksüz ƏnvərDoquz yaşında zəki, uslu bir çocuq: Ənvər...Sinifdə tam iki ildir, birincilikdə onun
Otuz yaşındaOtuz yaşında saralmaq, açılmadan solmaq;Bu iştə bir mələyin virdi-şairanəsidir.
Pənbə çarşafPənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saət
Başqa şairlərin şeirləri
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Cəfərqulu xana məktubSəbəb nədir kim, yazdığım kağıza,Heç cavab yetişməz bizim diyara?
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,