Üçüncü pərdə
Səhifə 1 / 2
-I SƏHNƏ**
-Ətrafda yalçın qayalar və yeşil ovalar… Uzaqda çoban düdüyü çalınır.*
S ə y a v ü ş
(Bəhramla bərabər gəlir. Başında tunc dəbilqə var)
İştə ana yurdu, Turan ovası!
Yalçın qayalarda qartal yuvası!
B ə h r a m
Böylə mənzərələr İranda azmı?
Daha üstün desəm doğru olmazmı?
S ə y a v ü ş
Lakin Südabənin vəhşi ədası,
Kinli bir babanın ölüm cəzası
Qaçaq kibi etdi bizi dərbədər.
B ə h r a m
Unut, nə olmuşsa, həp keçər, gedər.
(Cibindən bir kağız çıqarır.)
Hiç aldırma, Əfrasiyab var olsun,
Məktubunu oqu, nasıl da məmnun!
O da saray, bu da!.. Nə farqı varmış,
Bəklər səni burda həp sevgi, alqış.
S ə y a v ü ş
Saray aləminə bəndə yoq həvəs,
Həpsi qanlı məhbəs, parlaq bir qəfəs.
Dayım gömdürsə də bizi altına,
Qoltuğa sığınmaq ağırdır bana.
-Bu sırada kənardan qızların türküsü eşidilir.*
Q ı z l a r
Bəyaz, pənbə, nazlı bir quş
Yalçın qayalıqda durmuş,
Boynunu, baq nasıl burmuş?
Kimi gözlər gövərçinim?
Bənim dilbər gövərçinim!
B ə h r a m
(heyrətlə göstərir)
İştə, gözəl, yosma qızlar!
Yayları var, oqları var.
S ə y a v ü ş
Həpsi ava çıqmış bəlli,
Bir az yoldan çəkilməli…
B ə h r a m
Nə gözəldir qadın səsi,
Könül açar şən nəğməsi!
S ə y a v ü ş
(mə’nalı ahəng ilə)
Əvət, qadın incə xilqət,
Alçalırsa, hiçdir fəqət.
-Əfrasiyabın qızı Firəngiz və nədimələr türkü söyləyərək gəlirlər.*
Q ı z l a r
Gövərçinim qanat açar,
Yüksək bulutlara uçar.
Rəqs edərək uçar, uçar,
Qayğı bilməz gövərçinim,
Enib gəlməz gövərçinim.
Zaman olur atar bəni,
Bir gülüşə satar bəni,
Birdən gözü tutar bəni,
Həmən qoşar gövərçinim,
Ruhu oqşar gövərçinim.
B i r i n c i n ə d i m ə
Firəngiz! Diyorlar Səyavüş gəlir
İ k i n c i n ə d i m ə
Bən də eşitmişim, fəqət kim bilir?
F i r ə n g i z
Diyorlar yenilməz qəhrəman imiş,
Adı-sanı dillərdə dastan imiş.
B i r i n c i n ə d i m ə
Diyorlar Südabə vurulmuş ona.
F i r ə n g i z
Demək, annə aşıq oğlum oğluna.
B i r i n c i n ə d i m ə
(ətrafa baqır)
Dur, o nə? Baqsana, maral yavrusu!
İ k i n c i n ə d i m ə
(nişan alır)
Ürkütmüşdür onu ölüm qorqusu.
F i r ə n g i z
(yayına oq qoyaraq)
Durun, diri tutmalıyım bən onu.
(Gedər.)
Şaşırdı, baq, dəyişdirdi yolunu.
Xızlı adımlarla gedərlər.
S ə y a v ü ş
(Bəhramla çıqaraq)
Həpsi bir-birindən sevimli dilbər!..
B ə h r a m
Şübhə yoq, saraya məxsus pərilər…
S ə y a v ü ş
O incə səslərin dalğalı şe’ri
Xatırlatdı bana anam Xubçehri.
Burda rast gəlib də avçılar ona,
Armağan götürmüş İran şahına.
T o s u n
(yaylı, oqlu bir dəliqanlı, əlində davşan ölüsü gəlir)
Gün aydın!
S ə y a v ü ş
Xoş bulduq, sənin adın nə?
T o s u n
Tosun…
S ə y a v ü ş
Əfrasiyab payi təxtinə
Yol çoq uzaqmıdır?
T o s u n
Xayır, pək yaqın.
(Yana baqaraq, məraqla)
O nə? Çevrəsini sarmışlar avın.
(İlərilər.)
S ə y a v ü ş
Dur, baqayım, gülərmi tale bana?
(Yayına oq qoyaraq qaya dibinə çəkilir, görünməz olur.)
T o s u n
(Bəhrama bağırır)
Afərin, afərin!
B ə h r a m
Nə var?
T o s u n
Baqsana!
Yoldaşın devirdi avı bir oqla.
B ə h r a m
(ilərilər)
O bir məharətmi?
T o s u n
Deyilmi?
B ə h r a m
Asla!
S ə y a v ü ş
Ah!..
(Səsi eşidilir.)
B ə h r a m
(qoşar)
O kimdir?
T o s u n
Arqadaşın vuruldu.
B ə h r a m
(gəlməkdə olan Səyavüşün qoluna baqaraq)
Yaranmı var? Ver baqayım, nə oldu?
S ə y a v ü ş
Oqla vurdu avçı qızlardan biri.
B ə h r a m
Hanki?
S ə y a v ü ş
(nədimələr ilə gələn Firəngizi göstərir)
Öndə gələn şu oynaq pəri!
F i r ə n g i z
(yaqlaşır, əlindəki vurulmuş maralı Səyavüşə uzatır)
Al, şu sənin!.. Bən ki, qıymazdım ona.
S ə y a v ü ş
İştə, əlverir bu mükafat bana.
F i r ə n g i z
(təlaş ilə nədimələrə)
Sarğı verin, çabuq!
S ə y a v ü ş
Bir şey deyildir.
T o s u n
(verir)
Al!
F i r ə n g i z
Gətir sarayım…
S ə y a v ü ş
İstəməz.
F i r ə n g i z
Gətir!
(Dərman qoyub yarayı sarar.)
T o s u n
(yardım edər, mə’nalı ahəng ilə)
Həm yaralar bizim qızlar, həm sarar.
S ə y a v ü ş
Onda cürət də var, mərhəmət də var.
F i r ə n g i z
(süzgün baqışla)
Avcığazı diri tutmaq istərkən
Bıraqmadın…
S ə y a v ü ş
Suçum çoqdur gücümdən.
B ə h r a m
(bir az sərt, Firəngizə)
Qarşılıq görürdün qız olmasaydın.
S ə y a v ü ş
Bəhram! Zəifliyin sözündən aydın.
F i r ə n g i z
(gülümsər)
Zəiflər daima gücdən bəhs edər.
S ə y a v ü ş
(Bəhrama)
Bu ən kəskin cəvab! Düşünsən, yetər.
T o s u n
İştə, Əfrasiyab da çıqmış ava,
Kimsə qalmamışdır bu gün sarayda.
F i r ə n g i z
Av için yararmı öylə dəbdəbə?
Qarşı çıqmış onlar həp Səyavüşə.
B i r i n c i n ə d i m ə
Əvət, doğru…
İ k i n c i n ə d i m ə
İştə, gəldi Piran da.
F i r ə n g i z
Haydi seyr edəlim biz də bir yanda.
(Çəkilmək istərlər.)
P i r a n
(gəlir)
Səyavüş? Sənmisin? Xoş gəldin, oğlum!
(Qucaqlar öpər, Bəhrama əl verər.)
F i r ə n g i z
(heyrətlə)
Səyavüşmü?!
P i r a n
(sarğıya baqar)
O nə?
S ə y a v ü ş
Çizilmiş qolum.
T o s u n
Həm yaralar bizim qızlar, həm sarar.
B ə h r a m
Öylə bir şey deyil, keçər…
P i r a n
(gələnləri Səyavüşə göstərir)
Baqsana!
İştə, bütün saray çıqmış qarşına.
S ə y a v ü ş
Təşəkkür!.. Az deyil lütfünüz bana,
Bilməm ki, layiqmi Səyavüş buna?
P i r a n
Hər könüldə sana hürmət bəslənir,
Adın Altay dağlarında səslənir.
(Əfrasiyab hökumət ərkanı ilə gəlir.)
P i r a n
(Səyavüşə)
Dayın Əfrasiyab, o şanlı xaqan!
(Əfrasiyaba)
Oğlumuz Səyavüş, adlı qəhrəman!
Ə f r a s i y a b
(Səyavüşü qucaqlar, öpər)
Xoş gəldin, bu yurda gətirdin səfa,
Qəhrəman Səyavüş!
H a m ı
Var ol, bin yaşa!
Ə f r a s i y a b
(ətrafındakılara)
İştə, həmşirəmin şahin yavrusu!
Parlar gözlərində zəfər duyğusu.
S ə y a v ü ş
Çocuq babasından qaçarsa, bəlli
Ana qucağında bulur təsəlli.
Ə f r a s i y a b
Əvət, İran sana baba ocağı,
Bu yurtda bulursun ana qucağı.
Şübhəsiz xor baqsa baba oğluna,
Ana köksü daim açıqdır ona.
G ə r ş i v ə z
Bu ölkənin qorqu bilməz elləri,
Kişnəyən atları, coşğun selləri,
Qartal yavruları səni gözlüyor,
Həp səninçin şanlı günlər özlüyor.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/cavid-seyavus-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
2Tə’lim və tərbiyə haqqında veriləcək atidəki mə’lumat bir taqım mevsuq mənbələrə istinad edər. Onlar için mütaliəsi faydasız olmaz zənn edərim.
Həsbi-hal (3)3Ayşə Sədiqə xanım “Tə’lim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın mə’mur edilir. Çünki zəmanisəbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün səadəti və tərbiyəsində qadınların böyük tə’siri vardır. Bunun için hər şeydən ziyadə qadınların tərbiyəsinə e’tina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir”. Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri yalnız bir cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları altındadır” – buyurulmuşdur.
Həsbi-hal (4)4Tə’lim və tərbiyə məsələsində ilk nəzəri-diqqətə alınacaq nöqtə məktəblərdir, məktəb otaqlarıdır. Məktəblər, səhhəti ixlal etməyəcək dərəcədə havadar, yuca yerlərdə yapılmalıdır. Pis, murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxanə, həbsxanə, məzarıstan kibi yapı (bina)lara yaqlaşmamalıdır. Xırıltı, gurultu çoq olan mövqelərə yanaşmamalıdır. Məktəb binası mümkün dərəcədə günəş yerlərdə vaqe olmalı, rütubəti çoq olan yerlərdən həzər edilməlidir. Günəşə mane olacaq kölgələr ilə mühat bulunmamalıdır. Çünki pək çoq xəstəliklərin günəşsizlik və rütubət yüzündən vücudə gəldiyi aydın bir həqiqətdir.
Həsbi-hal (5)Şimdi üçüncü qısma gələlim.Üçüncülər: “yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar
Başqa şairlərin şeirləri
Abı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Kədərli, sevincli illərƏsrin yarısını yaşamışam,necəliyini siz deyin, dostlar.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.