Bir cavanın dəftəri
Səhifə 1 / 9
BİR CAVANIN DƏFTƏRİ
22 mayis, 1905. Deyəsən atam getməyimə razı olacaq. Anama qaldıqda, o çoxdan razıdır. Məqsədim xalamı görüb, ziyarət etmək deyil – onu bir o qədər də könlüm istəmir – şəhərimizdən bıqmışam, qaçmaq istəyirəm. Tühaf deyilmi, orta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum; gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. “Yenilik” – deyə bütün varlığım hıçqırır. Gör atam nə deyir:
– Qürbət ellərdə nə var? Niyə gedirsən? Çox da xalan ordadır.
Kişi qocalmışdır – varlığımın köhnə mənalara sığmadığını dərk eləmir.
Atam məhdud bir adamdır, ehtiyac və məfkurəsi də məhduddur: oruc tutar, namaz qılar, doşaba qatılmış qoz ləpəsi yeyər.
Bu qədər.
23 mayis. Axşam atamla yenə danışdıq. Dedim:
– A kişi, fəqir olduğunu bilirəm. Amma otuz manat verməyə qüvvətin çatar. İndiyə qədər mən səndən pul istəməmişəm, indi otuzca manat yol xərci istəyirəm.
Atam tərs adam da olsa, bu səfər məni diqqətlə dinlədi və iki barmağı ilə qulağının içindən bir tük dartıb dedi:
– Ay oğul, axı otuz manat bir igidin mayasıdır, bunu necə verim?
– Nə olar ki? Mən də sənin oğlunam, mənim də bir arzum var...
Yaş məni boğdu, sözlərim yarımçıq qaldı. Atam qəti də olmasa razılıq verdi. Sabah pulu alsam bir həftədən sonra yola düşərəm. Anam başqa cür davranır.
– Qorxma, – deyir, – atan verməsə, mən sənə pul taparam.
Vallah yaxşıca arvaddır. Yəqin sandığında pulu var. Axı müsəlman arvadlarında xoruz səsi eşitməmiş pullar olur, görürsən, cındıra bağladı, sandığın küncünə atdı. Xülasə, gedirəm. Kefim kökəlir. Anam deyir:
– Bala qürbət ellərdə din-məzhəb sözləri danışma, başına iş açarlar – yazığam.
Məclislərdə mollalarla mübahisə etdiyimi anam bilir. Atam kəndə alış-verişə gedəndə adət üzrə xeyir-şərə mən gedirəm. Məclisdə molla başda oturur; onun yanında oturmağı kimsə özünə yaraşdırmadığı üçün ətrafı həmişə boş olur. Adətlərə zidd getmək məndə bir xəstəlikdir.
Qapıdan girib, düz yuxarı başa keçirəm. Bu “xətama” qarşı xalq bir şey söyləmir – “gəncdir, anlamır” – deyirlər. Lakin mənim dini mübahisələrə girişib, dinsiz mülahizələr yürütməm heç kəsin xoşuna getmir. Bir məclisdə ətəbatdan yeni gəlmiş bir mollanın bilgisini yoxlamaq məqsədi ilə ondan bir məsələ soruşdular:
– Pişiyin tükü niyə pakdır, itinki murdar? – dedilər. Gənc molla məsələnin çətinliyini duyaraq qızardı, bozardı, dili belə dolaşdı. Pişik haqqında rəvayət olunan hədisi söyləsə də, məclisi qane edə bilmədi.
Axırda köhnə mollalardan biri məğrur bir şəkil alaraq dedi:
– Həzərat, molla olmağı asan bir iş bilməyin. Bu cavanın molla olmasına hələ çox qalıb. Gərək bu, müctəhidlər tərəfindən cild-cild yazılmış kitabları oxusun, püxtə mollalar məclisində olub, mübahisələrdə bişib çıxsın. Onda o, xalis molla ola bilər... İndi verilən məsələ barədə ağalara ərz edim. Mötəbər risalələrdə belə yazırlar: allahü-təbarəkə və taala Adəmi yaradanda, məlumunuzdur ki, şeytani-ləin tüğyan etdi, büxl və həsəd büruzə verdi. Hətta xaliqi-ləmyəzəlin hüzurunda cürət edib, Adəmin heykəlinə tüpürdü. Şeytani-ləinin tüpürcəyi gedib Adəmin qarnının üstə bənd oldu. Allah-taala buyurdu, o tüpürcəyi Adəmin qarnının üstündən qazıyıb atdılar. Onun yerində göbək əmələ gəldi və atılan torpaqdan da it vücuda gəldi... İt şeytanın tüpürcəyinə qarışmış torpaqdan nəşvünüma olduğu üçün murdar heyvan sayılır. Mötəbər kitablarda belə yazılmışdır...
Molla böyük bir qürurla sözlərini bitirib, məclisi başdan-ayağa süzdü və hər tərəfdən “Afərin” sədası eşitdi.
Mən özümü saxlaya bilmədim.
– Axund, – dedim, – nə vaxta qədər bu yazıq camaatı boş nağıllarla
bəsləyəcəksiniz?..
“Camaat” mənasında işlənmişdir
Ruhanilərin təhsil aldığı ali mədrəsə
Ləmyəzəl – ölməz, daimi
Əmələ gəldiyi
Bunuca deməyə müvəffəq oldum – müridlərin mırıltısı sözlərimə xitam verdi. Vəhşi gözlər parıldadı, bardaş quranlar qalxıb dizi üstə oturdu, dizi üstə oturanlar qalxıb bardaş qurdu. Məclisdə tühaf hərəkətlər görüldü. Tapançaya belə əl atan oldu. Bu əsnada “həzərat, aram” – deyə mollanın səsi eşidildi:
– Bu cavan rus məktəbində oxuyur, dini-mübinə lazımınca vaqif deyil, cahildir. Günah bunda deyil, bunu kafir məktəbinə yollayan valideynindədir.
Mən yenə etiraz etdim. Başqa xalqların tərəqqi etməsindən, bizim geridə qalmamızdan bəhs edərək, məclisin bir hissəsini öz tərəfimə çevirə bildim.
Bu vəqə əvvəl şəhərdə bir qələyan törətdi, sonra xalqın qulağı doldu. Indi artıq mənim məclislərdəki etirazlarım təbii kimi görünür.
Yalnız anam mənimlə razılaşmaq istəmir.
– Camaat avamdır, səni öldürər, – deyir. Mən anamın ehtiyat etməsinə için-için gülürəm. Ölüm nə deməkdir? Gənclik vulkanından qopan bir qığılcım.
24 mayis. Bu gün gəzməyə getmişdik. Bərk yorulmuşam. Axşam saat doqquz. Yuxu gözümdən tökülür... Gecəniz xeyrə qalsın...
25 mayis. Dünənki gəzmək pis keçmədi. Şəhərin ətrafında görmədiyim bir çox yerləri gördüm. Ləzzəti damağımdan getmir. Qəribə burasıdır ki, burada doğulub, iyirmi il də yaşamışam, hələ bu gözəl çeşmələrə, bağlara, kahalara rast gəlməmişdim. Çıxmaq istədikdə həmişə anam demiş:
– Bala, ölkə xarabdır, görürsən nələr olur... Allah eləməsin... Ölərəm... Çıxma, bir şey də olmasa, adına pis söz deyərlər. Biçarə arvad məni bu iyirmi ilin müddətində qız kimi qorumuş.
“Bala, məktəbə gedəndə həmişə küçənin ortası ilə get-gəl, şenliksiz küçəyə ayaq basma, səni xoş dindirənə sərt cavab ver, – deyə öyüd vermiş...”.
İndi artıq “kişi” olmuşam, bığ və saqqalım cücərir; yavaş-yavaş yoldaşlarımla gəzməyimə müsaidə olunur.
İyirmi illik məhbəs həyatı. Gəncliyin ən şehli və təravətli vaxtlarını müsəlmanların qorxusundan damın altında keçirmişəm... Mən qız deyiləm ki, mənə həsrətlə baxırsınız. Qoy qızlar baxsınlar, pak ürək-
Həyəcan, çaxnaşma
Söhbət Şuşadan gedir
ləri də döyünsün. Gedirəm. Müsəlmanların üzündən qurtaracağam. Anam mənə alt paltarı tikir. Sabah gedib özümə çamadan və başqa yol şeyləri alacağam.
26 mayis. Yağışlıqdır, bazara gedə bilmədim. Dumandan göz-gözü görmür. Insan sıxıntıdan bağırmaq istəyir. Sabahdan kitablarımı toplayıb, sandığa qoydum ki, mən gedəndən sonra əl-ayağa dolaşmasın.
Anam mənə baxaraq “ah” çəkirdi. Deyəsən gözləri də yaşarırdı.
– Bala, – deyir, – kitablarını belə görəndə ürəyimə pis gəlir.
Xırda bacılarım da anama baxıb onlar da ağlamsınırlar. Avam yazıqlar. Kağızdəftərlərimi də yığışdırdım, arasında bir lazımlı şey tapmışam, onu da özümlə Aşqabada aparacağam. Mənim adımla adlanır. Bu hürufatı bir il bundan əvvəl icad etmişəm. “Murad hürufatı” ilə hər nə yazsan, yazıldığı kimi oxunar. Basması ayrı və yazması da ayrı cürdür. Soldan sağa yazılır. Bir səsin bircə şəkli var... “Şərqi- Rus” qəzetindəki “Məhəmməd Ağa xətti” buna nisbətən çox geridə qalır, çünki ərəb hərfini islah etməklə xəstəlik bitmir. Mənimki isə məsələni kökündən həll edir.
Bu hürufatı gənclər arasında yayıram.
27 mayis. Şəhərimiz ikiyə ayrılır: qərb tərəfində ermənilər, şərqdə müsəlmanlar yaşayır. Qocaların nağılına görə əvvəllər ermənilərlə müsəlmanlar qarışıq yaşamışlar. İkisinin də adət və ayinləri bir imiş: bir-birinə də “dinayrı qardaş” deyərmişlər. Müsəlman uşaqları sünnət olunarkən çox vaxt ermənilər kirvə olarmışlar. Atam deyir ki, məhərrəmlikdə müsəlmanlar dəstə təpərkən erməni çocuqları da dəstəyə girib “Heydər, Şəftəl” deyərmişlər. Müsəlmanlar erməni pirlərinə nəzir edib, qurban aparırmışlar. Bir gün Çətənə Məmməd adlı birisi gecə gedib erməni kilsəsinin zəngini vurur. Ermənilər tökülüb zəngi vuranı axtarırlar, tapmırlar. Keşiş gəlib çıxır. Çox düşündükdən sonra zəngin qeybdən vurulmasına qane olurlar. Qoca bir erməni də göydən nur endiyini gözü ilə görmüş deyə, şahid keçir. Hər kəs möcüzəyə inanaraq kilsəyə dolub ibadətə başlayır. Baş qarışıqlığından istifadə edən Çətənə Məmməd ermənilərin başmaqlarını qapıdan yığışdırıb çuvala doldurur... Sabah, deyirlər, başmaqları erməni kəndinə aparıb, toyuq-cücəyə dəyişir.
İndi ermənilər müsəlmanlardan ayrı yaşayırlar. Abad məhəllələri, gözəl küçələri, kaşanə evləri var. Şəhərin bütün ticarəti onların əlindədir, hər sahədə sənətkarları, mütəxəssisləri və elm adamları vardır. Qız və oğlanlar üçün ibtidai və orta realni məktəblər açmışlar. Məktəbə getməyənləri yoxdur. Hökumət və şəhər müəssisələri də erməni məhəlləsindədir.
Müsəlmanlar isə köhnə “çətənəliyində” davam edir. Bir “rus-tatar məktəbi”ndən və bir neçə mollaxanadan başqa bir şeyə malik deyilik... məhəllələrimiz tamamilə xarabadır: erməni sərhəddindən aşağı lağımların üstü örtülmədiyi üçün iydən nəfəs çatlayır, küçələrdə işıq yox, gecələr hərə öz fanusu ilə çıxır... Adamlar da ki, qurda dönüb, bir-birini yeyir: adam öldürmək adi bir şəkil almışdır... Tam bir cəhalət.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-bir-cavanin-defteri
Müəllifin digər əsərləri
Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.
Aprelin birindəBunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Xasiyyətləri tutmamış“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,
İki çocuqKəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...
Başqa şairlərin şeirləri
Gördü ki, bir ovçu dam qurmuş,Daminə qəzallər üz urmuş.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
چون کار من از شهاب بر چرخ رسیدوز دست غمم به لطف خود باز خرید