Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.

Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

Əlvan geyimli çocuq dəstəsindən kənarda solğun paltarlı, dizi yamaqlı, cırıq çarıqlı bur uşaq durub, bu gülərüzlü, məsud məxluqa həsrətlə tamaşa edirdi. Onun sarı bənizi, sönük və qəmli gözləri Qasımın nəzərini özünə cəlb etdi. Atəşli baxışı ilə onu süzdü, lakin məmnun qalmadı: Haman, nəşəsi söndü, kiçicik qəlbi sıxılmağa başladı. Qasım geri çəkildi, düşüncəli bir halda mağarın o biri tayına keçdi. Çocuqlar yenə yüyürüşüb:

– Qasım! Ay Qasım! – deyə onunla əylənmək və oynamaq istəyirdilər. Lakin Qasım onlara diqqət verməyib, sükut içində dolaşır, nə isə düşünürdü. Anlaşılmaz bir dərd onu sıxır və bütün bu toy sevinclərini zəhərləyirdi. Bir az mağardan uzaqlaşaraq dərdini unutmaq istədi, müvəffəq ola bilmədi – gördüyü çocuğun solğun üzü, qəmli gözləri ona rahatlıq vermədi. Anlaşılmaz bir acı balaca varlığının hər bir guşəsinə səpilib, kefini pozdu... Qasım geri qayıtdı. Rəngarəng geyimlər və qayğısız çocuq gülüşləri arasından keçib, mağarın qapısına yanaşdı... Solğun bənizli çocuq əvvəlki yerində durmuşdu. Əvvəlki vəziyyətini heç dəyişməmişdi, yenə qəmli baxışı ətrafındakı əylənən və gülənlərə oxlar yağdırırdı. Qasımın ürəyi büsbütün xarab oldu, gözləri yaşardı.

– Anası ona nə üçün təzə paltar tikməyib? – deyə düşündü. Bəlkə anası yoxdur... Anası haradadır?.. Ölmüşmü?..

Qasım sualına cavab tapa bilmədi... Yaşlar arasında çocuğu bir də süzdü: qəmli gözləri onun qəlbini təkrar odladı. Kirpiklərindən süzülən yaşlar onu bir an ayıldan kimi oldu. Yoldaşlarından utanaraq yenə çəkilib getdi. Rast gələn ilk çəpəri basıb, bağa girdi: ağacların meyvəli budaqları qanad gərib durmuşdu, ot və çiçəklə bəzənmiş xiyabanlar, sanki yeni paltar geyib, toya hazırlanmışdı. Kölgəliklərdə oynaşan sarı günəş ləkələri könül açırdı. Bu mənzərə Qasımı fikrindən ayıra bilmədi: hər yerdə solğun bənizli, qəmli baxışlı çocuğu gördü...

Qasım heç bir şey düşünməyərək geri döndü. Çəpərin dibindən axan arxın həzin qülğüləsi onu dayandırdı. Bir az tamaşa etdi... Ürəyi açılmırdı... Arxı keçib sönük addımlarla mağara doğru getdi... Çocuq eyni hal və vəziyyətdə idi... Qasımın ürəyi təkrar yaralandı, onun balaca vücudu artıq əzaba tab gətirə bilmirdi... Birdən cürətləndi: qəti addımlarla çocuğa yanaşdı. Çocuq onun gəlməsinə məna verməyər kimi vəziyyətini dəyişmədi: gözləri yenə qəm saçırdı. Qasımın gözləri yaşla dolaraq, qaba bir tərzdə onun qolundan dartdı. Çocuq vəhşi bir heyvancıq kimi dişlərini qıcayıb, Qasıma bir yumruq ilişdirdi. Bununla ürəyi soyumadı: onun qıllı təzə papağını yerə vurub, saçlarından yapışdı...

Çocuğun amansız zərbələri altında Qasımın dərdi dağılır, onun saatlardan bəri qəlbini bürüyən əzab dumanı yayılırdı...

Qasım çocuğa əlini qaldırmadı, mükəmməl döyüldükdən sonra papağını yerdən qaldırıb başına qoydu və məmnun bir halda ondan uzaqlaşdı...

Yarım saat sonra yoldaşları yenə:

– Qasım, ay Qasım, – deyə onu çağırır, o da əvvəlki şənliyinə davam edirdi.

1934

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IV

Usta Ağabala hamama tərəf rəvan olmuşdu, payızın küləyi ağacların rəng-bə-rəng yapraqlarını budağdan budağa salırdı. Göydən qara bulutlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilirdi. Və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş şəfəq verirdi. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər sınıq-söküq divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Usta o qədər şadlığa aludə olmuşdu ki, ayağı çuxurlara düşüb tez-tez başmağı çıxmağı və ya papağının tullanıb alnına yeriməsi və ya qalxıb bir də pəlsərinə düşməsi bunun nəzərinə belə gəlmirdi.Usta Ağabala belə qeydkeş idi ki, hər gün gördüyü şeylər ona təsir etməmiş olmurdu. Birdən küçəyə düşmüş it pişik və ya geyri bir heyvanat meyitlərini görəndə belə fikir edərdi: «hələ itlərə allahın ğəzəbi keçib, bunlara behişt yoxdur görəsən bu yazıq pişiklərə kim cənnət qəbzi verəcək?» Pişik meyitindən sonra toyuq meyiti çıxanda Usta labüddən gərək bir az da toyuq barəsində fikir edə idi: «görəsən toyuq da behiştə gedəcəkmi? Ona da ğılman verəcəklərmi? Bəlkə toyuq da bilmədi buğdaya bir dimdik vurdu. Görəsən onda ona nə qayırarlar?»…

4 dəq
V

Kərbəlayı Qulu, usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə sual elədi; zamanənin dəyişilməsindən, bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı, təraş olmamış, birdən kərbəlayı Qulu geri çəkilib, dedi:– Usta, axır başıma bir iş gəlib.

3 dəq
VI

Usta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi.Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş…

6 dəq
VII

Veylabad şəhəri elə bil dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmaqda idi; ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fağırlar da damlara doluşub allah sədasını göyə qovzayırdılar.Qoşun kişilik idi. Düşmənlər hər tərəfdən şəhəri ihatə etmiş idi. Şəhər darvazaları təmamən bağlanıb dallarına qalın torpaq çəkilmiş idi. Qoşun fövc-fövc düşmənin hücumunu dəf etməyə çalışırdı. Qalabəndlik ili idi, Usta Ağabala yenicə anadan olmuşdu, bələyinin üstə göz yaşları sel kibi axırdı. Arvatlar buna baxdıqda deyirdilər, «suya dönmüş oldu olmadı, şəhərin nuraqı döndü». Elə arvatların haqları var idi. Ağabala çox ağlağan uşaq idi. Ağlayanda üzünü turşaldırdı. Elə bil mərsiyyə deyəcək idi. Birdə usta Ağabala gördü ki, bunu bələkdə bir biyabana atıblar, qalıb çığıra-çığıra. Səs küy təmam kəsilib; dağlar, daşlar, duman ilə bürünüb, bircə xırda çığır gözə görünürdü. Bu yol ilə bir addım enirdi. Yavıqlaşdıqda Əli-Əsgər-ağa olduğu mə’lum oldu. Axund yetişən kibi ustanı qucağına götürüb bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: «al bu kağızı, tapşırdım cənnətin kənarından sənə bir parça yer versinlər orada ye, iç, huri və ğılmanlar ilə axirət ləzzətini apar».

10 dəq

Başqa şairlərin şeirləri