FOLKLOR YOLUNDA

Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

Dar bir oxucu dairəsi üçün nəşr olunan bu məcmuələr geniş kütlələrin malı ola bilməzdi, məktəb yoxluğu və savadsızlıq da bura əlavə olunarsa, məsələ aydınlaşar. Folklorun ayrı-ayrı xırda parçaları ilk dəfə olaraq məktəb kitabları vasitəsilə geniş kütlə arasında yayılmışdır. Bu yolda da Çernyayevskinin “Vətən dili” ilk təşəbbüsdür. 1905-ci il inqilabından sonra folklora maraq artırsa da, toplanılan materiallar çap olunmur. Meydana ancaq bir-iki risalə çıxır. Məsələn,

İrəvanda basılan “Atalar sözü”, Bakıda nəşr olunan “Balalara hədiyyə” (Köçərli), “Sofi şeyda” (S.M.Qənizadə), “Məlik Məmməd” (Çəmənzəminli) və “Arvad ağısı” (Mirzə Abbas Abbaszadə). “Balalara hədiyyə” folklora həsr olunmuş məxsus bir əsər deyil, “Sofi şeyda” fal üçün toplanan məsəllərdir. “Arvad ağısı”na da ağılarla bərabər bayatılar, vəsfi-hallar və xalq oyunları qarışmışdır. Bu xırda məlumat folklorun o zamankı vəziyyətini aydın bir surətdə göstərir.

Folklor toplayanlar isə, işə təsadüfi olaraq yanaşmışlar, hazırlıqları olmamış və məsələnin elmi cəhətinə heç də əhəmiyyət verməmişlər. Nəzəri sahəyə bir az əl atan F.Köçərli aramızda ağızdan-ağıza dolaşan bu geniş ədəbiyyatı tamamilə bizim məhsul deyə qəbul etmişdir. Halbuki dar milli çərçivədən çıxaraq, folkloru dünya miqyasında tədqiq edəriksə, başqa nəticələrə gələrik. Zatən hər xalqın yalnız özünə

Azərbaycanlı
Azərbaycan

məxsus və başqasınınkına heç də bənzəməyən folkloru olsaydı, meydana əsatiri, iqtibas, poligenizm, antropoloji kimi bir sıra nəzəriyyələr çıxmazdı. Məsələ incədən-incəyə tədqiq olunmazsa, qəti hökm vermək çətindir.

Bizdəki folklorun geniş surətdə toplanışı və tədqiqi təcrübələri yalnız Oktyabr inqilabından sonra olmuşdur. Bu sahədə atılan böyük addımlar haqqında başqa bir məqalədə bəhs etdiyim üçün təkrarə lüzum görmürəm. Ancaq bunu əlavə etməliyəm ki, dörd-beş il bundan əvvəl darülfünunun Şərq fakültəsində ayrıca bir xalq ədəbiyyatı kursu da var idi. Orada mühazirə oxuyurdum, folklorun elmi tədqiqi ilə əsaslı məşğul olmağa başlamışdım. O zaman yarımçıq buraxdığım tədqiqatın davamını təmin etmək üçün gənclərdən birinin bu işə təyini çox faydalı olardı.

Elmi tədqiqata ən çox ehtiyacı olan folklor daha dərindən öyrənilməlidir. Akademiya şöbəsinin bu sahədəki təşəbbüsü çox əhəmiyyətlidir, ancaq gənc qüvvələrin hazırlanmasına ayrıca diqqət verilməlidir. Indiyə qədər xalqla bilavasitə təmasda bulunaraq folklor toplayan yeganə gənc Hümmət Əlizadədir. Başqaları da toplamışsa, ən irəli gələni hələlik budur. Folklor sahəsində böyük xidməti olan bu gəncin elmi hazırlığı ilə ciddi surətdə məşğul olmalıdır. Belə olarsa, Hümmət
Əlizadənin topladığı materiallar daha böyük qiymət qazanar.

1934

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dəli

Mən lap uzaq vaxtından dəli Səmədi tanıyırdım. Görürdüm əllərini solmuş çuxasının qollarına qoyub və çiyinlərini qovzuyub küçənin ortası ilə iti ötür. Həmişə simasında dərin bir fikir, ya cunqul və şirin xiyalat oxunurdu: birdən nazik qaşlarını qırışdırıb və uzun ucu qırma burnunu sallıyıb belə qəmə batırdı, ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. Gah da kipriksiz xırda gözləri daralıb, rəngsiz dodaqları gülürdü. Axşamadək peşəsi şəhəri cövlan etmək idi; həmişə də yerişi bir, duruşu bir, fikir və xiyalı bir. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hammalların birçəkləmə davası, baqqalların ağız ağıza verib qatığa müştəri axtarmaları, – heç biri onun zahir və batinində səbəbi təğyir ola bilmirdi. Ancaq bə’zi adamların «ay, dəli Səməd! Ay, dəli Səməd!» deməyini eşitcək, cəld dönüb güdək, acı və çox vaxtda pür-mə’ni bir söz deyib yenə salıb gedirdi. Başlardı öz özünə dağınıq sözlər söyləməyə və söylədikcədə gah gülüb, gah da hirslənib qaş-qabağını turşudardı.Bir gün məscidin qabağından ötürdüm, gördüm dəli Səməd qazının hücrəsinin qabağında oturub, məsələ xəbər alır:

5 dəq
Dərs

(İstudentlər məişətindən)İstudent Həmzə-bəy güzgünün qarşısında durub özünə tumar verirdi: başını darıyırdı, bığlarının uclarını maşa qüvvəsilə şişliyib yuxarı qovzuyurdu; kirpikləri qara idisə, şimalda artıq xoşa gəldiyi üçün, daha da sürmə ilə qaralıyırdı.... Həmzə-bəy zahirində bir qüsur qoymadı: üzünü kirşanladı, dodaqlarına allıq sürtdü və ətirlənib otaqdan çıxdı. Yayın son ayı idi. Peterburqun havası istiləşmiş idi, gün də hərdən bulutların arasında görsənirdi. Həmzə-bəy tramvaya minib Neva caddəsinə düşdü. Caddə həmişəkindən də artıq izdihamlı idi: lətif libaslarda xanımlar və qızlar deyib gülüşürlər; tələbə və talibələr ötüb keçirdilər. Zabitlər təmkin viqar ilə qılınclarını qaldırım ilə sürüyə-sürüyə gəzirdilər; tacirlər, mə’murlar, qəzetəçilər və ilax... Hər dəqiqə gözə sataşmaqda idilər. Səs küydən qulaq tutulurdu; tramvay, avtomobil, fayton, qaret və cürbəcür arabalardan küçədə tərpənməyə imkan yox idi... Həmzə-bəy ahıstə-ahıstə caddədə gəzirdi və qarşısına çıxan qız və xanımları şəhvətəngiz bir nəzərdən keçirməmiş olmurdu. Birinə göz edirdi, bə’zinə gülümsünürdü, kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Həmzə-bəyin bu hərəkəti adi bir iş idi: neçə illər idi ki ömrünü bu minval ilə keçirirdi və təngə gəlmək, usanmaq bilməzdi. Çünki gündə bir təzə iş ittifaq düşürdü. Gündə bir vəqəyə rast gəlib sonra yoldaşlarını kamal-iftixar ilə bu «qəza-vü-qədərdən» xəbərdar edirdi.

4 dəq
Qız məktəbində

Molla Gülləndəm bacı məktəbin yuxarı başında oturub köynək tikirdi. Aşağa tərəfdən bir iki mütəəllimə cırıq palas parçalarının üstünə bardaş qurub «gəlin-gəlin» oynuyurdular; biri də kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı cırıltı ilə açılıb, içəri həybəsi qoltuğunda bir mütəəllimə girirdi və salam verib deyirdi:– Molla bacı, köynəyin mübarək olsun!

3 dəq
Borclu

Kərbəlayı Fərəc həmişə evdən çıxanda hamamın qabağı ilə gedib məscidin yanından bazara dinlənirdi, və burada axşamadək fırlanıb dolanıb əlinə keçən qəpik quruşu ətə çörəyə və qeyri şeylərə verib yenə haman yol ilə evə qayıdırdı. Axır vaxtlar Kərbəlayı Fərəc bu yol ilə gedib gəlməyi bilmərrə mövquf eləmişdi. Səbəb də bu olmuşdu ki Kərbəlayı məscidin yanındakı Əttar Həsənə bir az pul borclu idi. Evə xırda şeylər almışdı. Tahı bu Əttar Həsən ötüb keçəndə Kərbəlayını dinc qoymurdu: çuxasının ətəyindən tutub darta-darta dükanın qabağına çəkirdi və min lətayif sözlərlə borcunu tələb edirdi. Kərbəlayı qalırdı, gözünü döyə-döyə; borc az idisə də (cəmi on iki abbası, bir şahı idi) verməyə qadir deyil idi. Pul çıxan bir iş də tapılmırdı ki onun dalınca gedib Əttar Həsənin çəngindən xilas ola idi. Kərbəlayı Fərəc əsin hər üzünü ona qandırırdı:«Qardaş, bax imdi qışdır, pul çıxan bir yer yoxdur. Səbr elə allah qoysa, bu gün sabah bahar gələr, göydən göyərtidən, süddən, qatıqdan satıb pulunu verərəm...» bu sözlərdən də sonra Əttar Həsən öz dediyindən əl çəkmirdi.

4 dəq

Başqa şairlərin şeirləri