Səhifə 1 / 2

Adi Paris otelində bir otaq. Ön divarda bir pəncərə, qarşısında bir masa və
iki sandaliya var. Masanın üzərində qəzetlər. Sol tərəfdə üzəri güzgülü
qarderob, onun yanında mərmər masanın üzərində saxsı ləyən və şırno
görünür. Sağ tərəfdə qapı; pəncərə ilə qapı arasında sadəcə dəmir
çarpayı qoyulmuşdur. Süleyman Salehbəy masanın
sağ tərəfində və Bəhicə sol tərəfində oturub, soyuq bir tərzdə danışırlar.

Bəhicə. Son zamanlar səndən heç bir qəti söz eşitməyirəm...
Əvvəllər belə deyil idin. (Sükut). Bilsən nə qədər ağır vəziyyətdəyəm.
Hamiləliyimi səfarət belə bilmiş. Məhçub oluram, heç bir yerə çıxa bilməyirəm... (Sükut).İstambula xəbər çıxsa, (həyəcanla) aman allah, atam-babam nələr çəkəcəklər. (Ayağa durub, dəsmalı ilə gözünü silib pəncərədən dışarıya baxır. Sükut. Təkrar dönür). Saleh, səndən heç bir şey istəməyirəm, nə əkmək, nə əlbəsə, əlimdə kəndimi təmin edəcək qədər sənətim var... Tablolarım az-çox satılır... Yalnız dünyaya gələcək çocuğumuzun atası olduğunu söylə, münasibatımıza rəsmi bir şəkil ver. Səndən ricam budur (ağlayır). Yalnız bir ad!

Süleyman Salehbəy (Bəhicənin qolundan yapışıb oturdur. Təsəlli verərək). Bəhicəciyim, neçün talaş edirsən? Evlənəcəyimizə söz verdim, bu sözdən qaçdımmı?

Bəhicə (ağlayaraq). Qaçmadın, fəqət nədənsə, uzadırsan. Beş dəqiqə sürəcək bir nigah əqdi çətindirmi?.. Nədənsə bunu yapmaqdan çəkinirsən.

Süleyman Salehbəy (ondan ayrılıb otaqda gəzərək). Ah, Bəhicə, sanki vaqe olanlardan xəbərin yoxdur. Mustafa Kamalın elan etdiyi 150-liklər cədvəlini eşitdinmi? İştə mənim də adım oradadır...

Deməli, xain deyə vətəndən tərk olunmuşam. Burada iş tapa bilməyirəm.

Fransızcam da oylə qüvvətli deyil... olsa nə olacaq. Fransa məmurunun orta maaşı ayda altı yüz frankdır. Oda kirəsi ilə yeməyi zorluqla ödəyir... (Sükut). Bu vəziyyətlə evlənə bilərəmmi... (Sükut). Bir az param var, o da bir gün gələr bitər... Bir türk məmurunun berikdirdiyi ara nə olacaq. Babamız zəngin olmamış ki...

Bəhicə (bir az hiddətlə). Bunu əvvəldən bilməyirdinmi? Onda aşqa tərzdə qonuşurdun.

Süleyman Salehbəy. Bilməyirdim. Namusum haqqı bilməyirdim. Nə bileydim ki, karatalar mənə bir xain ünvanı takacaqlar.Dedim Kamal İstambulu alar, biz də geri dönəriz... Deyirlər, fransızlar işğal etmiş olduğu yerdə mütəsərrif olmuşsan. Pəzəvəklər, acımdan ölməyəcəkdim ki... (Qapı tıqqıldayır). Gəlin!

İbadulla (əlində boş çamadan içəri girir). Mərhaba, əfəndim (Bəhicəyə baxaraq). Deyəsən, mane oldum (Bəhicə üzünü divara çevrib, dəsmalla gözlərini silir və sonra masanın üzərindən qəzet götürüb, oxumaq bəhanəsi ilə üzünə tutur).

Suleyman Salehbəy. Yox, əfəndim, buyurunuz!

İbadulla (çamadanı divarın dibinə qoyaraq). Çoxdan göruşmədik. Qəhvədə idik. Xəndan əfəndi ilə Bağır da orada idi. İndi onlar da gələcəklər. (Bəhicə hərəkətə gələrək, qəzeti masanın üzərinə qoyur.

Sonra divara tərəf çönərək qalxır və hamiləliyini gizlətmək üçün incə paltosunun ətəyini irəli tutaraq çıxır. Süleyman Salehbəy onu təşyi edir).

Bəhicə (qapının ağzında yavaş səslə). Saleh, məktub yazacağam, ona cavab verərsən.

Süleyman Salehbəy (rəsmi). Pək eyi. Gülə-gülə! (Bəhicə əl vermədən çıxır. Saleh bəy geri dönür).

İbadulla (gülə-gülə Salehi qucaqlayır). Saleh əfəndi, allahı sevərsən, bu nə kələkdir (bir yerdə masaya doğru gəlib orada hərəsi bir sandalyada oturur). Deyəsən azərilər demişkən, “bogazdır”, olmaya kələyə düşmüsən?

Süleyman Salehbəy (şən). Bəradər, sizin bu azəri kəlməsi çox xoşuma gəlir: çünki dünyada kələksiz keçinmək qabil deyil...

Şimdi, İbadulla (çamadanı göstərir), sən söylə görüm bu çamadan nə kələkdir?

İbadulla (qəhqəhə ilə əlini ona uzadır). Vur! (Süleyman Salehbəy əlinə vurur). Sən hələ onu bilməyirsən?

Süleyman Salehbəy. Mən nərədən bileydim, əfəndim. Mən kələyə yenicə alışıram. Allah eşqinə, o nədir? (Çamadanı göstərir).

İbadulla. Əfəndim, bilirsən, yenə pulsuzluqdur. Otelə borclu idim. Otelçi şeylərimi saxlayıb, özümü qovdu. Dünən gecəni Monmartırda bir qəhvədə keçirdim. Sabah gəlib günortaya qədər Bağırgildə yatdım. Bu axşam bu çamadan ilə tanımadığım bir otelə gedəcəyik. Beş-on gün yaşayıb, pul istəyəndə çamadanı orada buraxıb bir daha gəlməyəcəyəm... Boş çamadan (göstərir) mənə zamin olur.

Süleyman Salehbəy. Əfəndim, bu gözəl iş. Bir çamadan otuz frank, on gün yaşaya bilsən, bu ən azı yüz frank. Yetmiş frank qazanırsan. O... sən qurnaz adamsan, azəri istilahınca, tam bicsən. Bəlkə mənim işimə də çarə arayasan.

İbadulla. Nə iş?

Süleyman Salehbəy. Görmədinmi? Qadın yapışıb əl çəkməyir. Bəradər, bu nəcib fransız qızları ilə illərcə yaşayırsan, heç bir ocuq olmayır. Bu bizim abdal türk qızları bunu da bacarmayırlar.

Baxsan da bir kaç dəfə görüşdük, şimdi səkkiz aylıq çocuğu var. Evlən deyir. Ölümdən, intiqamdan bəhs edir.

İb adulla (bir şey kəşf edər kimi). Onun əlacı məndə.

Süleyman Salehbəy (sevinclə). Yox, əfəndim?

İbadulla. Vallah, düz deyirəm. Ancaq bir şey verməlisən. Məccani olmaz.

Süleyman Salehbəy. Hay-hay əfəndim, sən qurtar da.

İbadulla. Min frank gəlir?

Süleyman Salehbəy. Bir ziyafətdə üstəlik.

İbadulla. Əlini ver (əl-ələ tutuşurlar). Mən aşiq olacağam.

Süleyman Salehbəy. Burax canım.

İbadulla. Vallah olacağam. Coşub-daşacağam. Ağlayacağam.
Əlindən-ayağından öpəcəyəm. Məktub yazacağam... Bir gün onun məktublarını bu masanın üzərində görərsən. Sonra çağırıb əxlaqsızlığını isbat edərsən, vəssalam, bir daha sənə görünməz. Bitdi. Bir gənc professor da ixtiyar qarısından yaxasını qurtarmaq üçün mənə müraciət etmişdir. Bu vasitə ilə canını qurtardım.

Süleyman Salehbəy (düşünərək). bu plan fəna deyil... lakin karata məni çox sevir, qorxuram bir şey çıxmaya... Bəradər, yazdığı məktubları görsən, eşqindən çıldırır. Kəndisi rəssamdır, bənim dürlü-dürlü rəsmimi yapmış, yataq odasını bənimlə süsləmiş.

İbadulla. Onun zərəri yoxdur; elələrini çox görmüşəm. Mən yoldan çıxararam. Qadınları neçə ildən bəri tədqiq etmədəyəm. Zəif nöqtələrini bilirəm. Qapısının dışarısında uzanıb gecə sabaha qədər ağlaram. Bu hala qarşı qadın qəlbi müqavimət göstərə bilərmi? Sənin işin yoxdur, sən minliyi hazırla.

Süleyman Salehbəy. Əmin ol, hazırdır. Para gözləyirəm...
Fəqət, bəradər, bu qız sənin bildiyin qızlardan deyil. Çox əxlaqlıdır.
Qorxuram.

İbadulla. Qorxma, əxlaq nədir-zad nədir. Qəlbi olanın, hissi olanın da əxlaqı olarmı? Əxlaq taxtada, dəmirdə olar... Ha-ha-ha. Pul ilə qadında əxlaq olmaz. Sən o əxlaqsız yüzlükləri ver də bağrıma basım, sonra gör nə kələklər düzəldirəm.

Bağır (girir). Mərhəba, əfəndim.

Xəndanəfəndi (girir). Mərhəba, əfəndim.

Süleyman Salehbəy. Mərhəba (yer göstərir. Çarpayının üstündə otururlar). Yeni nə xəbər?

Bağır. Eyilik-gözəllik. Kürd üsyanından başqa bir yenilik yoxdur.

Süleyman Salehbəy. Bunu bilirik. Bən kürd olum da bunu bilməyim. Eyi yapıyurlar. Azğın Kamala o da azdır.

Xəndanəfəndi. Nə söyliyeyim... Nəticə etibarilə Kamalmı zərər görəcək, kürdmü?.. Kiçik xalqların üsyanını bilirik. Ermənilər də üsyan yapdılar. Nə oldu... Qocaman bir xalq məhv olub getdi. Avropa kapitalistləri daşnaq başçılarına para verdi, zavallı xalqı üsyana sövq etdilər. Kürd üsyanı da eyni şeydir... Xalq bundan qazanacaqmı?..

Ağlım irməyir.

İbadulla (gülərək). Mən siyasətçi deyiləm. Qəzeti də əlimə aldıqda elanları və hadisələri təqib edərəm. Bir kokotun macərasını xarici nazirlərinin diplomatik söhbətlərindən üstün tuturam. Çünki mənim özüm də lotuyam, daha diplomatların lotuluğuna ehtiyacım yoxdur... Hər halda mənə belə gəlir ki, bu kürd işində bir kələk var.

Süleyman Salehbəy (gülə-gülə). Sən də kəndin kələkbaz olduğu üçün hər şeydə kələk görürsən.

İbadulla. Ah, atam kələyə qurban! O kələk olmasaydı mən bu beş ili Parisdə necə yaşardım. Allah da kələkbazdır. Görürsən bir xamın birisini başına döyə-döyə yanıma göndərir ki, ye, ey lotu bəndəm.

Bağır. Lotu bəndə də yeyir, heç bizə xəbər verməyir.

İbadulla (Bağırın sözlərini eşitməz kimi). Keçən il İrandan bir xan gəlib çıxmışdı. Allah onun atasına behişt versin, başdan ayağa xeyir-bərəkət idi.

Xəndanəfəndi. Keyf etdin.

İbadulla. Ah, nə keyf. Tiryəkkeş idi. Tiryəki hoqqaya doldurub lüləsinə verirdim, bəridən o yana gedirdi... Cibinə müdir olmuşdum...

Ha-ha-ha...

Xəndanəfəndi. Ənfəs, əfəndim, ənfəs!

İbadulla. Əşi, ənfəs nədir. Kişidə (əlilə göstərir) yığın-yığın pul vardı. Sənin də quru bir ənfəsin var. Sən şairsən, ənfəsiyin bu yerlərdə şəltəsi işləməz.

Süleyman Salehbəy. Bəradər, bu kələklərdən bizə də öyrət, bir az para qazanalım.

Bağır. bunun kələyi xırda kələkdir, ondan bir şey çıxmaz. “Qaz vur, qazan dolsun, sərçə nədir, bozbaşı nə ola”.

İbadulla. Deməli, mən sərçə oldum.

Xəndanəfəndi. Maraq etmə, əfəndim, sərçə də bizdən yaxşıdır. O həmişə toxdur. Biz...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ruhnəvaz xanım

Dar küçədəki köhnə evin alçaq qapısına bir gənc yanaşıb, zəngi çaldı. İçəridən boğuq bir köpək səsi eşidildi. Sonra sakitlik düşdü. Gənc ikinci dəfə barmağını zəngin düyməsinə qoydu, yenə köpək səsi gəldi. Pilləkəndə ayaq səsi eşidildi; qapı açıldı:– Ooo! Qurbanlı yoldaş, buyurunuz! – deyə qapıdakı Dilarə xanım qonağı içəri dəvət etdi.

8 dəq
Zeybək qızı

Midhəd əfəndi sabah ertə darülfünuna gəldikdə oranı ingilislərin hind əsgərləri tərəfindən tutulmuş gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli darülfünunumuza da əl uzatdılar” deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi.Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qaib olmuş, məmləkət bilfel ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, türk qanı ilə boyanmış! İstambul işğal altında, məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş...

10 dəq
Mariya

İnqilab daşqın bir çay kimi məcrasından çıxıb, bütün Rusiyanı ağzına almışdı. Köhnə hökumət düşürülüb, yerinə gələn geniş ölkəni idarədən aciz idi: hər kənd, hər şəhər və vilayət özbaşına idarə olunurdu. Böyük bir anarşi hər yerdə hökmfərma idi. Buna əlavə olaraq bir də cəbhə pozulmuş, milyonlarca əsgər silahını götürüb, kimsəni dinləmədən evlərinə dönürdü. Şəhər və kənd sərsəriləri bundan istifadə edərək şəhərləri yəğma etmədə idi. Xalq həyəcan içində çırpınaraq, çıxacaq yollar arayırdı. Orta əsrlərdə olduğu kimi, hər bir ev qələ şəkli almış, kirəçilər də könüllü əsgər kimi səfərbərlik halında idi.İrəliki axşam şəhərimizin bir neçə evlərinə zirehli avtomobillərin hücumu olmuş deyə eşitdik. Yayılan şayiələr bu hadisələrə əsrarəngiz rənglər verirdi: üzləri maskalı adamlar evə mitralyozlardan atəş açmışlar, bir neçə adam öldürüldükdən sonra evi yəğma etmişlər – deyilirdi.

9 dəq
Qazanc yolunda

Nemət yatağında uzanıb, fikir eləyirdi: dekabr imtahanları qurtardı,pul da qurtarmaqdadır. Çarə lazımdır. May imtahanlarına hazırlanmaq üçün studentə Kiyev şəhərində qalmaq icab edirdi, halbuki maddi cəhət buna mane olurdu. Odur ki, bu məsələnin həlli üçün Nemət bütün qüvvələrini sərf etməkdə idi. Bakı cəmiyyəti-xeyriyyələrinə elədiyi müraciətlər boşa çıxdı. Bakı milyonerlərindən ricada bulunmaq qüruruna toxunurdu, evlərindən də ki, heç bir şey gözləyə bilməzdi! Yeganə çarə Kiyevdə qazanc yolu aramaq idi.Student bu üzündən o biri üzünə döndü. Bir az həlləndi. Gözləri pəncərəyə sataşdı. Çöldə lopa-lopa qar yağırdı. Bunu görcək bədəninə bir soyuqluq gəldi, yatağın dərinliklərinə çəkilib büzüşdü. Bir də qazanc məsələsini xatırladı. “Nədən başlamalı?” – deyə təkrar fikirləşdi və axırda qəzetlərdə dərs üçün elan verməyi, dostlara və tüccari şirkətlərə müraciət etməyi qət elədi.

14 dəq

Başqa şairlərin şeirləri