Səhifə 3 / 3 · 67%

Bir də deyirəm, mədəni olmalıyıq. Mədəniyyətdən savayı ayrı bir şey bizə nicat yolu ola bilməyəcək. Məzhəbbazlıq heç bir milləti xoşnicatlığa çıxarmadı, bizi də çıxartmayacaq. Bu yükün nə dərəcə batil olub, insanları fot olmağa məcbur etməyi gün kimi aşkardır. Dəlil istəyirsinizsə, din və kilsə tarixlərini oxuyun. Məzhəbbazlıq yuvası olan Iranın hal-hazırdakı zəlalətinə nəzər yetirin. Onda görəcəksiniz ki, məzhəbbazlıq nifaq və fəsadın çeşməsidir.

Türk oğlu türk olun! Türklər heç vədə dünyanın şövkətli həyatından əl çəkib axirət yolu üçün çalışmayıblar. Həmişə ağalıq ediblər. Şanlı yaşayış üçün qılınc vurublar. Bu fikrin doğruluğunu türk və islamın düşmənləri belə inkar etmirlər. Böyük Volter deyir: “Türk həyatında dini məsələ üstdə baş vermiş bir qafilə görünməmişdir. Qafilə dursun kənarda, türk arasında dini mübahisə, bir üsyan, bircə qarışıqlıq isə də tarixdə qeyd olunmayıb”.

Bəzi mütəfəkkirlərimizin “müsəlman Lüteri” gözləməsi də yaxşı fikir gərək olmasın. Özündən müştəbeh olmuş bir divanə çıxıb yeni bir məzhəb icad etməsindən başqa Lüter məsələsi ayrı işə müvafiq ola bilməz. Mühüm bir Lüter axtarıb ona tabe xəyalında olunca yaxşı deyilmi hər bir dolaşıq dini və milli məsələlərimizi zəmanəyə və ağıla müvafiq özümüz həll edək? Allaha şükür, cəmiyyətlər, nədvələr (konqralar) vasitəsilə hər bir məsələnin həllinə çalışmaq mümkün olan işlərdən biridir. Daha özümüzə “böyük” axtarmağın nə mənası var? bizə kəskin ağıldan və zəmanə tələbatından uca bir şey ola bilməz!

Nicatımız mədəniyyətə bağlıdır! Mədəniyyət də bundan ibarətdir ki, ən əvvəl dədə-babamızdan qalan əkin yerlərimizi, kənd və şəhərlərimizi əlimizdən çıxartmayıb onlarda züraət, ticarət və sənətin tərəqqi etməsinə çalışmalıyıq. Bunu düşünməliyik ki, ana dilimizin tənəzzülü millətimizin tənəzzülüdür. Ona görə türk dilinin genişliyinə çalışmalıdır. Bu dili sevməlidir, bunda danışmağı eyb yox, fəxr hesab etməlidir. Vətənimizin hər guşəsində tazə üsul ilə məktəblər açmalıdır. Tərbiyə və təlimdə qızlar ilə oğlanlara təvavüt qoymamalıdır; ikisini də kamil oxutmalıdır. Qızların elmini və təcrübəsini artırmalıdır ki, kişilərə möhtac olmayıb, özləri öz başlarını dolandıra bilsinlər. Həkimlik, mamalıq, müəllimlik, dərzilik, əkin və ticarət işlərilə arvadları tanış eləsək, milli dövlətimiz artar. Indiki kimi arvadlar müftəxor olub, kişilərin üstə düşməzlər. Ruhani işlərimizin islahına çalışmalıdır, ruhani məktəbi açmalıdır ki, mollalarımız ətabata möhtac olmasınlar. Oradan gələn ruhanilər bizə cəhalətdən və mütəəsiblikdən başqa heç bir şey gətirmirlər. Yeni fikirli ruhanilər erməniləri və Balkan islamlarını dirildən kimi, bizi də canlandıra bilərlər.

Müəllimə və müəllimlər yetirmək üçün milli məktəb açılmalıdır. Belə məktəb qurtarmışlar aramızda milli toxumlar saçmağa artıq lazımdırlar.

Ədəbiyyatımızı əcnəbi əsirliyindən qurtarmalıdır; təqlidçilik kifayət edər, indisə ortalığa milli bir şey çıxartmalıdır. Musiqimiz millətimizin şan və adıdır, onun tərəqqisi bizim nüfuzumuzu qonşularımız arasında artırır. Musiqikarımız Üzeyir bəy Hacıbəyov cənablarının qədri bilinməlidir...

Operamızın gələcəyi çox parlaq görünür. Rus teatrı bunu gözdən sala bilməz. Bu şərtlə ki, burada da təqlidə aləmi-islamda ilk opera vücudə gətirməyini təşviq etməlidir. “Opera dramanı öldürdü” deyib, çığırmaq və operanı mənfəətsiz bilmək böyük xətadır! Opera teatrımızı diriltdi və ona əbədi bir ölməzlik qazandı! Teatrımız drama möhtac olsaydı erməni teatrı kimi çoxdan fot olmuşdu. Səbəb budur ki, halhazırda müqtədir dram yazanlarımız yoxdur: Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyevlərimizin qələmləri əvvəlki qüdrətlərini itiriblər.

Operamızın dövlətindən teatrımız erməni, gürcü və hətta rusların da nəzərini özünə cəlb eləyib. Ermənilər qədimdən bizim musiqimizin aşiqi olduqları kimi, indi də ona bac verməkdədirlər. Operamız musiqimizin nüfuzunu ermənilər arasında daha da artırdı. Bir millət ki, qeyri-məcburi bir halda özü nüfuzunu əcnəbilər arasında artırmağa qüdrətli oldu, o millət qaranlıqdan çıxıb, mədəniliyə qədəm qoyur. Operamızın daha da böyük xidmətləri olacaq: Rusiya müsəlmanlarının ittifaqına böyük bir vasitə olacaq. Indilikdə “Leyli və Məcnun”un parçaları təkə-türkmən və dağıstanlılar arasında yayılıb ağızlarda oxunmaqdadır. Beləliklə, türk dili tərəqqi edir və dağıstanlılar kimi xırda qövmlər mədəniyyətimizi qəbul edib türklüyə daxil olurlar.

Bundan savayı operalı bir camaat “millət” adını daşımağa haqlıdır. Avropanın mədəni mərkəzlərində “bizim opera belə oldu, elə oldu” deyildikdə millətimizə bir ayrı nəzərlə baxırlar: tərəqqi etmiş deyə hörmətini saxlayırlar. Bizə də Avropanın rəğbətini qazanmaq vacib işlərdən biridir. Erməni milləti hər bir mədəniyyət məhsullarını, məsələn, ədiblərinin tərcüməsini, rəssamlarının çəkdiyi şəkilləri, heykəltəraşlarının yapdığı heykəlləri, böyük artistlərini, cəmiyyətlərini və qeyriləri Avropanın gözünə soxan kimi, biz də bu yolda çalışmalıyıq. Avropanın əfkarümumisini bizim tərəfə döndərən şeylərdən biri də operamızdır.

Mart 1914. Aşqabad.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Azərbaycanda Zərdüşti adətləri

AZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.

10 dəq
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləri

TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

7 dəq
Molla Pənah Vaqif haqqında

MOLLA PƏNAH VAQIF HAQQINDA*Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar.

7 dəq
Abbasqulu Ağa Qüdsinin əsərləri

ABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ*Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik...

2 dəq

Başqa şairlərin şeirləri