Abbasqulu Ağa Qüdsinin əsərləri
ABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ
Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik...
Qüdsinin yazdığı əsərlər aşağıda göstərilir:
- “Gülüstani-Irəm”. Farsca yazılmış bu əsər Şirvan və Dağıstanın tarixinə aiddir, ən qədim zamandan başlayaraq Gülüstan müahidəsinə (1813-cü il) qədər davam etdirilir. Ərəblərin Qafqaza hücum etdiyi zamana qədər (VII əsr) olan hissəsi şübhəsiz ki, bu gün elmi mənasını itirmişdir, sonrakı hissələrdə bilxassə Qüdsinin dövrü və ona yaxın zamanlara dair olduqca qiymətli material var.
Bu əsər “Azərbaycanı öyrənən” cəmiyyət tərəfindən ruscaya tərcümə edilib, 1926-cı ildə Bakıda çap olunmuşdur.
“Kitabi-riyazül-qüds”. Türkcə yazılmış bu əsər imamlara və Kərbəla vəqəsinə həsr olunmuşdur.
“Qanuni-Qüdsi”. Fars qrameridir. Müəllifin dediyinə görə, özü ruscaya tərcümə edib, Tiflisdə basdırmışdır.
Kəşfül-qəraib”. Amerikanın kəşfi, əhval və övzainə dair bir əsərdir. Farsca yazılmışdır.
“Təhzibi-əxlaq”. 12 bab və xatimədən ibarət olan bu əsər dini kitabların, islam, yunan və firəng hükəmasının əxlaqa dair söylədiklərinin yekunudur. Farsca yazılmışdır.
“Eynül-mizan”. Ərəbçə yazılmış məntiq kitabıdır.
“Nəsihətnamə”. Türkcə yazılmış 102 nəsihətdən ibarətdir.
“Əsrarül-mələkut”. Nücuma dair fars və ərəb dilində yazılmış bir əsərdir. Qüdsi hicrətin 1262-ci sənəsində Istanbuldan Məkkə ziyarətinə keçirkən bu əsərin ərəbcəsini Sultan Əbdül Məcidə təqdim etmişdir. Sonra bu kitab Həyatzadə Seyid Şərif tərəfindən türkcəyə tərcümə olunub, hicrin 1265-ci ilində “Əfkarül-cəbərut fi tərcümey“Əsrarül-mələküt” ünvanı ilə Istanbulda çap edilmişdir.
“Çoğrafiya”. Farsca yazılmış coğrafiya kitabıdır.
“Mişkatül-ənvar”. Farsca əxlaqi şeirlərdir.
“Miratül-cəmal”. Farsca şeirlər yazılmışdır.
“Əsgəriyyə”. Türkcə yazılmışdır. Köçərlinin verdiyi məlumata görə bu əsər Vəzirov Mirzə Əbdülhəsən Ziyanın “Qəvaidi-Ziya”sında çap edilmişdir. “Qəvaidi- Ziya” vaxtilə Peterburqda çap edilmişdir. Lazerev 1866-cı ildə Moskvada çap etdirdiyi “Intixabil-təsanif türki lisanda” adlı əsərində Kazımbəy Vəzirovun əsərləri ilə bərabər Qüdsinin “Əsgəriyyə”sindən də bir parça dərc etmişdir.
Bu əsərlərdən başqa Qüdsinin bir çox müxtəlif şeirləri və Krılovdan tərcüməsi var. “Gülüstani-Irəm”ə əlavə olaraq yazdığı avtobioqrafiyasından görürük ki, Qüdsi şeirlərini divan şəklinə salmaq fikrində imiş, lakin bu iş yarımçıq qalmışdır.
Qüdsinin əsərlərini toplayıb müfəssəl tərcümeyi-halı ilə birlikdə nəşr etmək Azərnəşrin borcudur.
1935
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-abbasqulu-aga-qudsinin-eserleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
TEATR PƏRƏSTİŞKARI*Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.
Şəxslərin və hadisələrin tipləşməsiŞƏXSLƏRİN VƏ HADİSƏLƏRİN TİPLƏŞMƏSİ*Turgenevin həqiqi, canlı simaları nəzərdə tutaraq tip yaratdığını söyləmişdik. Bu qayda Dostoyevski, L.Tolstoy və başqa yazıçılarda da görünür. Dostoyevski ədəbi həyatına böyük bir romanla xitam vermək xəyalında olduğunu 1870-ci ildə şair Maykova yazdığı məktubunda söyləyir. Bu romanın ikinci hissəsi müəllifin planına görə, monastıra həsr olunmalı imiş. Bu barədə Dostoyevski Maykova yazır: “Burada baş sima olaraq Tixon Zadonskini, əlbəttə başqa bir adla təmsil etmək istəyirəm. Bu arxiyereydir və monastırda istirahətdə bulunacaq. Bütün romanın baş qəhrəmanı yoldan sapmış, əxlaqsız, cinayət işləmiş on üç yaşında bir çocuq da (bu tipi tanıyıram) ata-anası tərəfindən monastıra qoyulmuş, orada da dərs oxuyur. Çaadayevi də (əlbəttə başqa adla) bu monastıra salacağam. Niyə Çaadayev bir il monastırda oturmasın? Təsəvvür ediniz, birinci məqaləsinin üstündə hər dəfə doktorlar müayinəsinə məcbur olan Çaadayev bu vəziyyətə dözməyib xaricdə, fransız dilində bir risalə nəşr etdi, buna müqabil Çaadayevi bir illiyə monastıra göndərə bilərdilər. Çaadayevin yanına qonaqlar da gələ bilər. Məsələn: Belinski, Qranovski, hətta Puşkin. (Axı mənim romanımdakı Çaadayev deyil, mən ancaq bu tipi alıram). Monastırda prusiyalı Pavel, Qolubev, inok Parfiriy də olacaq (bu aləmə bələdəm, rus monastırını çocuqluğumdan tanıyıram)...” Dostoyevskinin sadaladığı bu həqiqi simalar rus ədib və ruhanilərinə mənsubdur. Müəllifin “böyük romanı” çıxmadı, onun bir hissəsi olan “Karamazov qardaşları” yazıldı ki, Tixon orada Zosima adı ilə göstərilir.
İqtibas, təqlid və təsirİQTİBAS, TƏQLİD VƏ TƏSİR*Bizdə bir ədəbi əsər təhlil edildikdə gənc tənqidçilərimiz əsərin texnikasından və əsərə olan təsirdən bəhs etməyirlər. Halbuki bunlar əsərin ən canlı əyarıdır. Bunları nəzərə almamaq əsəri ətraflı qavramamaq və onun ədəbiyyat tarixindəki mövqeyini lazımınca təyin etməmək deməkdir. Hər bir şair və ədib ilk ədəbi addımlarında təsirə düşər. Bu təsir ya dərin, ya səthi olar, ya uzun müddət davam edər, ya ötəri olaraq görsənib, qayıb olar. Bu hallar yazıçının qüvvət və iqtidarından asılıdır. Puşkin və Lermantov kimi böyük rus şairləri Bayronun təsirinə düşmüşdülər. Puşkin bayronizmdən özünü qurtara bilib, azad yola çıxdı və tamamilə müstəqil bir ədəbi mövqe qazandı. Lermantov isə bu təsirdən qurtara bilmədi. Deməli, yazıçının qüvvəti onun təsirə düşüb-düşməməsi, sərbəst cığır açması və yeni bir məktəb təşkil etməsi ilə ölçülür. Aləmşümul klassikləri yüksəkliklərə çıxarıb bütün dünyaya sevdirən onların yüksək texnikası, bədii mündərəcələri və müstəqil yol ilə getdikləri olmuşdur. Bəzən klassiklər də köhnə mövzulardan istifadə edirlər. Firdovsi Iranda ağızdan-ağıza keçən əfsanələri toplayıb “Şahnamə” yazır; Şekspir, L.Tolstoyun dediyi kimi, Italiyada və başqa yerlərdə dolaşan mövzuları alaraq ölməz dramlar yaradır; Höte xalq masallarından “Faust”u vücuda gətirir... Bizim klassiklərimizdə də bu hal görünür. Füzulidən əvvəl “Leyli və Məcnunu”u Nizami yazmışdır.
Turgenevin yazı üsuluTURGENEVİN YAZI ÜSULU*Klassiklərin yazı üsulunu öyrənmək, yalnız yeniyetmələr üçün deyil, oturuşmuş yazıçılarımız üçün də maraqlıdır. Çünki böyük ədiblərin texnikasını öyrənmək ədəbi irsi qavramağa yol açır. Təəssüf ki, hər bir klassikin yazı üsulu ilə tanış olmağa kafi məlumatımız yoxdur. Yazıçıların hamısı eyni dərəcədə intizampərvər və səliqəli olmamışlar, bəziləri əsəri bitirdikdən sonra ona dair yazılan planları, konspektləri, qeydləri tələf etmişlər. Bizim Azərbaycan yazıçıları bu barədə daha da geridə qalmışlar, bir çoxlarının əlyazmaları belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdur. Yalnız Mirzə Fətəli istisnadır, çünki o özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır. Yazıçıların səhlənkarlığı qismən onların özlərinə qiymət verməmələrindən irəli gəlmişdir.
Başqa şairlərin şeirləri
Səy göstərib bu meydana çıxanda,Məclislərdən, toy-büsatdan kamın al.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
OlduAman fələk, mürvət fələk, dad fələk,Bidad fələk, zülmün nümayan oldu.
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsinMəgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!