Molla Pənah Vaqif haqqında
MOLLA PƏNAH VAQIF HAQQINDA
Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar.
Mirzə Camalın Qarabağ tarixinə dair yazdığı əsər də nadir olaraq ələ keçməyən və yanlış təfsirə uğrayan materialdan biridir. Bu kitab Vaqifin tərcümeyi-halını öyrənmək üçün ən mötəbər mənbə sayılır. Ədəbiyyatçılarımıza kömək məqsədilə Mirzə Camalın Vaqif haqqında verdiyi məlumatı Paris nüsxəsindən alıb, eynilə bura köçürməyi lazım bildim. Əsil məsələyə keçməzdən əvvəl kitabın nə məqsədlə yazıldığına dair Mirzə Camala söz verəlim:
“Çünki mən, Mirzə Camal Qələbəyi Məhəmmədxanbəy oğlu Cavanşirin müsəlman elmlərinə və təvarixinə ittilaim olub. Qarabağın cəmi əhvalatına və hər növ nağıl və hekayətinə xah görmək və xah müsin və kardan kəslərdən diqqətlə təhqiq edib eşitmək vasitəsilə bələdiyyəti- tamım var idi və həm əlli sənə miqdarı mərhuman Ibrahim xan və Mehdiqulu xan Qarabaği xidmətlərində mirzəlik edib və Qarabağ vilayətində dəxi vəzarət qılıb və xanların əyyami-hökuməti münqəzi olandan sonra müddəti-mütəmadi yenə dövləti-Rusiyyəyə xidmətkar və sədaqətsüvar idim. Buna binaən 1847-ci ildə cənab sərdari məmaliki Qafqaziyyə qraf Mixail Semyonoviç Voronsovun fərmayişinə binaən əhvalati-Qarabaği və hökumət və iqtislali-xəvanini-mərhumin: Pənah xan və Ibrahim xan və Mehdiqulu xan və hakəza. Dövləti-Rusiyyə ilə dövləti-Iranın mabeynlərində vaqe olan cəng və ədavətləri və münasib məqam və günçayiş olan sair vəqayeyi-mütəfərriqəni 26 fəsil və bir xatimə üzrə cəm və tərtib edib, sərdari-müəzzəmileyhə ərz və pişnihad elədim. Bu qərar zil üzrə ki, zikr olunur”.
Bu müqəddimədə müəllifin kim olduğu, nə məqsədlə yazdığı və əsərin tarixi bəlli oldu. Indi Vaqifə keçəlim. Mirzə Camal yazır: Molla Pənah bir sahib kamal və müdəbbir və təcrübəkar və xoşgöftar adam idi. Və özü dəxi Ibrahim xanın vəziri və çox mötəmədidi ki, hər ümur-hökumətdə Molla Pənah axundun tədbiri və müşavirəsi ilə rəftar edərdi və ona yaxşı inanıb etimad etmişdi ki, övladından artıq onun xatirini mənzur edərdi və ona çox-çox hörmətlər edib ixtiyari-külli vermişdi. Xan Dağıstana və Car və Balakənə gedən vaxtda Molla Pənah çün muğanlı Cəmil ağanın ittifaqı ilə ki, Təklə muğanlı həm əslən qədim Qazax elindəndirlər, ikisi Tiflis canibinə getmişdilər, oradan Qarabağa müavidət edən zamanda və yainki bir rəvayətdə Qarabağda Ağa Məhəmməd şahın xofundan qaçıb xanın dalınca o tərəfə əzm etdiyi halda Gəncənin dağlarının həvalisində Gəncə hakimi Cavad xan onu özünə olan sovqat bilib tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onu tutub çoxdan qətlə yetirməyə şövqmənd var idi...
Axund Molla Pənahı qüruba bir, ya iki saat qalmış Şuşa qalasına gətirdilər və Məhəmməd Həsən ağanın evinin qapısında ki, şah orada mənzil eləmişdi, dəstgir saxlayıb şaha məlum etdilər. Şah buyurdu ki, bu gecə onu yaxşı mühafizət edib sabah ona bir siyasət edim ki, ibrətilnazirin olsun. Qərəz, o halda Məhəmməd Hüseyn xan Qacar sərkeşik başı ki, çox müqərriblərdəndi, axundu qapıda əlləri bağlı görüb soruşdu: Bu kimdir?
Dedilər: bu həmən məşhur molla Pənahdır ki, eşidibsiniz. Haman dəm ağzını föhş və latailata açıb axunda çox yaman föhşlər və itab və xitablar elədi. Axund biçarə ərz elədi ki, ey xani əzimüşilən, siz böyük olan şəxs varsınız və padşahi- Iranın mötəmədi, nəzərkərdəsi və müqərribi-hüzurusunuz. Layiq deyil ki, siz dəstkir və günahkar və müqəyyəd və giriftar və biçarə və dərmandələrə yaman kəlmələr və föhş və hədyan sözlər buyurasınız, bəlkə sizin rütbə və məratibinizə şayistə olan budur ki, gərək ətvar və əxlaqi-həsənə və göftar və rəftari-nəcibanə sizdən zühur edə və bu gunə dərmandə və əsir və xaif olan açizlərə siz dildarlıq gərək verib, əltaf və mərhəmət və əfv və ətayə ümidvar qılasınız. Nəinki şahın qəzəbindən müqəddəm siz qəzəbnak olub dilazarlıq edəsiniz.
Məhəmməd Hüseyn xan bu gunə kəlimatdan heç bir mütəəssir olmayıb yenə föhş və hədyana ziyada başladı. Axund “hər ki dəst əz çan
Ağa Məhəmməd şah (müəllif)
bişuyəd, hər çi dər dil darəd biquyəd” məzmununa görə dəxi qərar etməyib haman xanın cavabını dəxi ziyadə föhşkarlıq və dürüst köftarlıq edib dedi: “Ey xaninanəcib, qəzayi-sübyanı və dövri-zamanı və müqəddimeyi-fərdanı sən nə bilirsən. Bəlkə sabah şah və ya fələyi- kəcrəftar və təqdiri-pərvərdigar bir xeyri-təriq-yol gedəcəkdir.
“Şəb ahistənəst, to çi zayəd bəruz”.
Mən əgər dustağam, dustaği-şahəm, sən nəçisən ki, mənə bir zərrəcə asib yetirə biləsən. Həmin bu günə göftar və rəftar məhz sənin nanəcib və nəqabilliyindən nişanədir. Haqq-təala kərimdir, türklər məsəlidir ki, mıxı mismar elədi.
Pəs, təqdiri-qəza bu tövr oldu ki, gecə şahı qətlə yetirdilər. Molla Pənah salamat qaldı. Mirzə Camalın “mıxı mismar elədi” – deyə türk məsəlinə işarə etməsi aydınlaşdırılmalıdır. Qarabağda mismar mıxın böyüyünə deyirlər. Bu mıx-mismar məsələsinin tarixçəsi belədir: Ağa Məhəmməd şah Şuşanı aldıqdan sonra bir çox adam həbs etdirmişdi. Şahın əmrinə görə həbsdəkilərin başı kəsilib onlardan bir minarə yapılmalı imiş. Dəmirçilər səfərbərliyə alınıb mıx qayırmaqla məşğul imişlər. Gecə sabaha qədər lazımi miqdarda mıx hazır olmasa imiş dəmirçilərin də başı kəsiləcəkmiş. O gecə şahı öldürürlər, dəmirçilərə xəbər gedir ki, mıx lazım deyil, şahın tabutu üçün bir neçə mismar lazımdır.
Təhlükədən qurtaran dəmirçilərdən birisi: “Ey mıxı mismara döndərən allah” – deyə sevincini ifadə edir. Bu sözlər məsəl olaraq xalq arasında indi də qollanır.
Vaqifin ölümü məsələsinə keçəlim. Mirzə Camal yazır: “Molla Pənahın bir yaxşı cəmilə və gözəl və məşhurə övrəti var idi ki, çox sahib-camal və şöhrətli Məhəmmədbəy dəxi onun hüsn və camalını və tərifini eşidib ona əlaqə bağlamışdı. Övrət cavan və cahilə və axund qoca və piranə idi və əlavə Məhəmmədbəyin rəşadət və şücaəti və xoşəndam və kamal və fərasəti və padşah xəzinəsinin əlində olmağı və cavan oğlanlığı övrəti dəxi ziyadə əlaqələndirmişdi. Övrət əhəmmədbəyə demişdi ki, nə qədər Molla Pənah axund ölməyib hali-həyatda sağ olsa, mən şərən sənə gedə bilmənəm. Bir səbəb bu idi və bir dəxi qeyri bir para adamlar özlərinin səlahiyyətdarlığı üçün
Gecə hamilədir, görək gündüz nə doğacaqdır (müəllif)
Candan ümidini kəsən adam ürəyində nə varsa söylər (müəllif)
Məhəmmədbəyi təhrik etmişdilər ki, Məhəmmədbəy Molla Pənahb axundu öldürə və o səbəbə Ibrahim xandan uzaq ola və onlar da Məhəmmədbəyin hüzurundan sahibkar və nəfibərdar olalar ki, rəşid və kəramət adamıdır və xəzinə sahibi və hünərmənd kimsədir, onları mühafizət edə, xoş keçələr. Qərəz, hər hal ilə Məhəmmədbəyin əmri və izin və işarəsilə Molla Pənah axundu və Qasım ağa adlı bir oğlunu öldürürlər”.
Mirzə Camalın verdiyi məlumata görə Məhəmmədbəy Ibrahimxanın qardaşı Mehralıbəyin oğlu idi. Ağa Məhəmməd şahın yanında olarmış və şah öldürüldükdən sonra Qarabağ hakimiyyətini əlinə keçirir. Sonra Şəki hakimi Mustafa xanın dəvətinə aldanıb Şəkiyə gedir və orada öldürülür. Aralarında köhnə qanlılıq varmış. Məhəmmədbəyə ərə gedən Vaqifin arvadı da Şəkidə imiş. Sonra Sarıcalı Hadibəyə ərə gedir. Hadibəyi çapavulda öldürürlər. Arvad Mustafabəyə ərə gedir. Mustafa xandan iki oğlu olur, sonra Mustafa xan onu boşayır. Arvad Qarabağa dönür və mayor Imamqulu ağaya ərə gedir... Vaqifin arvadı səksən ildən çox yaşamışdır.
Molla Pənahın siyasi simasına gəldikdə, buna dair də Mirzə Camal qiymətli məlumat verir. Qarabağ sarayının çar hökuməti ilə xoş keçinmək istəməsi aydınca görünür. Bunun başlıca səbəbi Iran xanlarının Qafqaza hücumu, xalqı qırmağı, işdən avara qoyub, aclığa salması ilə izah olunur. Buna istinadən istər Mirzə Camal, istərsə Molla Pənah Iran hökumətinə qarşı zidd bir vəziyyət alırlar. O zaman general Zubovun komandasında olan rus ordusu Şamaxı cəhətini işğal etmişdi. brahim xan oğlu Əbülfət xan başda olmaqla bəyzadələrdən mütəşəkkil ir heyəti hədiyyələrlə bərabər Zubovun yanına göndərmişdi. undan sonra Peterburq sarayı ilə Qarabağ sarayı arasında sıx bir əlaqə aşlamışdı. Çariça Yekaterina da Ibrahim xana hədiyyələr göndərdi. Təbiidir ki, Vaqif də unudulmadı, “Bir mürəsse cəvahirli əsa dəxi Molla Pənah Vaqif təxəllüsə göndərmişdi”...
Mirzə Camalın Vaqifə dair verdiyi məlumatı oxucularımıza təqdim etdim. Lakin bu məlumatı kafi görmürəm. Vaqif haqqında çox yazmaq olar. Bu məsələnin həllini ədəbiyyatçılarımıza tərk edirəm. Məncə Vaqifi dövrü ilə bərabər qavramaq üçün dərin bir tədqiqat lazımdır. Adolf Berjenin topladığı qalın cildlər, rus müəlliflərinin Qafqaz stilasına dair yazdıqları tarixi əsər və xatirələr, Iran müəllifləri... tamamilə tədqiq olunmamış qalır. Vaqifin Tiflisə getməsi, Yekaterinanın brahim xana və Vaqifə hədiyyə göndərməsi şübhəsiz ki, Tiflis və Leninqrad arxivlərinin materiallarında iz buraxmışdır. Bunları tapıb Meydana çıxarmalıdır. Bu sahədə tarixçilərimiz və ədəbiyyatçılarımız əl-ələ işləməlidirlər.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-molla-penah-vaqif-haqqinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sərəncam bacı qəpiyi uşağın avıcına basıb, barmaqlarını bərk yumdu:– Bax itirmə – dedi.
Kənddən şəhərə göndərilən bir kağızNuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.
ToyToy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Başqa şairlərin şeirləri
Ey səba, Tanrı üçün et bir dəm mənimlə yarlıq,Yara ərz et ki gələrmi yardan əğyarlıq
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Qara heyQul Qaranı:*Əlif-bey içində, hərf arasında,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.