Sorğu-qaytarğu
Sorğu — Tanrı bu dünyanı neçə gündə yaratdı,Əgər arifsən, söylə, sən aşiq,Neçədir bu gözəl Quran surəsi,Əgər arifsən, söylə, sən aşiq.
Nədən oldu Məhəmməd, Fatimat,Nədən zahir oldu zəmzəmədə mat,Neçədir Quran içində ayat,Əgər arifsən, söylə, sən aşiq.
Qaytarğu — Tanrı bu dünyanı altı gündə yaratdı,Dilimdə əzbərdir, gözəl əfəndim,Yüz on dörddür gözəl Quran surəsi,Dilimdə əzbərdir, gözəl əfəndim.
Həzrət dərgahda oxudu təhiyyat,Xızr içdi zülmətdə abi-həyat,Altı min altı yüz altmışdır ayat,Dilimdə əzbərdir, gözəl əfəndim.
Məhəmməd şəfaətindən cənnət, Fatimat,Zəbih hörmətiçün oldu zəmzəmədə mat,Doxsan min, doxsan yüz Quranda kəlimat,Dilimdə əzbərdir, gözəl əfəndim.
Kitabxana.az · https://kitabxana.az/works/el-sairleri-adsiz-sorgu-qaytargu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaran tutub afaqı, hamı qəm bahalıqdan,Əfqanə gəlib mərdümi-aləm bahalıqdan.
GörməzmiBunca zülmdür mənə eylərsən,Adəm məgər heç insafa gəlməzmi.
Var mənəmTəbib gəldi məni gördü ağladı,İndi bildim yaman dərdim var mənəm,
HicvKavə-peşə kişi, ey mərdək Ağa Həsənə,Çox təvazö eylədin bilmədin axır Həsənə.
Başqa şairlərin şeirləri
Dedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
Yay gecəsiAxşam oldu, gün batdı, şamlar yandı,Ta səhərdən axşamacan durmadan.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,