Pəncərədən qəfil baxdım,Qarşıdan bir sona keçdi.Oğrun baxdı, qaş oynatdı,Müjganları cana keçdi.

Ala gözlərini gördüm,Təzələndi köhnə dərdim,Yolunda can qurban verdim,Baxmadı qurbana, keçdi.

Sərv boylu mələkzada,Camalından içdim bada.Ələsgəri saldı oda,Qoydu yana-yana, keçdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri