Nədi adı (dodaqdəyməz təcnis)
Şəriətlə təriqəti seçənlər,Təriqətlə həqiqətin nədi adı?Hansı şah haqq ilə ilqar eylədi,Nə incidi, nə ah çəkdi, nə dadı?
İstəyirsən seyr edəsən Sinanı,Şər işlərdən saqın, saxla sinanı.Sədət gətdi sini içində si nanı,Dildə qaldı nə ləzzəti, nə dadı!
Ələsgər də eşq içində qaladı,Şirin canın ataşına qaladı.Ər iyidin canı getsə, qala adı,Nakəslərin dəhr içində nə də adı!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-nedi-adi-dodaqdeymez-tecnis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Bizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
علی ای همای رحمت، تو چه آیتی خدا راکه به ماسوا فکندی همه سایه هما را
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın