Çataçat
El yeridi, yalqız qaldın səhrada,Çək əstərin, çal çatığın çata-çat.Hərcayılar səni saldı irağa,Həsrət əlin yar əlinə çata-çat.
Qışda dağlar ağ geyinər, yaz qara,Sağ dəstinlə ağ kağıza yaz qara.Əsər yellər, qəhr eyləyər yaz qara,Daşar çaylar, gələr daşlar çata-çat.
Ələsgərin xəddi çıxdı çal indi,”Hey”i «yey”ə, «dal»ı «rey»ə çal indi,Hərcayının kəlləsindən çal indi,Çal çəngəlnn, çək ciyərin çata-çat.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-cata-cat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay nazənin, dərdin mənim canımıAz qalıb incəldə ay üzə, üzə.
Başa-başA bimürvət, həsrətini çəkməkdənİllər ilə xəstə düşdüm başa-baş.
Biri "sin"İsmin üç hərifdi, ay çeşmi-xumar;Biri "mim"di, biri "nun"du, biri – "sin".
Bu dala, baxSağ dəstində qızıl şanə sevdiyimDarar, zülfün tökər bu dala, bax, bax!
Başqa şairlərin şeirləri
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,