Ay eylər qıj-qıj
Qeyz eyləyər, çən çəkilər dağlara,Qəhrindən yelləri ay eylər qıj-qıj.Qarşı gəlsə həsrət çəkən yar yara,Ağlı çaşar, səri ay eylər qıj-qıj.
Şin şəhər axtarar, şəc ara dəyər,Şeytan şər eyləyər, şəc ara dəyər.Daşar çaylar, qalxar şəcarə dəyər,Hərlənər daşları, ay eylər qıj-qıj.
Aşıq çaşsa, dildə “qara” “qar” qalar,Dağlar sinəsində qara qar qalar.Gəştə çıxsa ərşə qara qarğalar,Çalar qanadların, ay eylər qıj-qıj.
Yazıq Ələsgər, əlin yetsə nə nara,Nə həsrət çək, nə ah eylə, nə nara.Nə insandı, səngi salır nə nara,Qaynadar dərya tək, ay eylər qıj-qıj.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-ay-eyler-qij-qij
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qəm-qüssədən uzaq olur həmişə,Qəlbini nazənin yar alan könül.
Bu gələn Eyvaz, bu gələnNigar xanım sənə deyimBu gələn Eyvaz, bu gələn.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.