Bu gələn Eyvaz, bu gələn
Nigar xanım sənə deyimBu gələn Eyvaz, bu gələn.Əynindədir polad geyim,Bu gələn Eyvaz, bu gələn.
Eyvazım on beş yaşında,Qüdrət qələmi qaşında,Durna teli var başında,Bu gələn Eyvaz, bu gələn.
Meydanda igidlər mərdi,Qabaqda ər oğlu ərdi,Dava günü qızmış nərdi,Bu gələn Eyvaz, bu gələn.
Misri qılınc dəstindədi,Ərəb atın üstündədi,Şirin canın qəstindədi,Bu gələn Eyvaz, bu gələn.
Cəmi dəlilərin xası,Meydanda var mərd davası,Koroğlunun qoç balasıBu gələn Eyvaz, bu gələn.
Kitabxana.az · https://kitabxana.az/works/xalq-bu-gelen-eyvaz-bu-gelen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günlərin bir günü Koroğlunun aşığı Cünun Ərzuruma gəlmişdi.Cəfər paşanın məclisində oxuyurdu. Söhbət arasında Cəfər paşa dedi:
Durna teliEyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi. Tay ürəyində heç bir dərdi yox idi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğul bir yanında, bəylərə, paşalara qan udduran dəlilər də ki, gözünün qabağında. Kef, ləzzət, damaq biridi ki, o da Nigardaydı.Hərdən Çənlibelin laləli, nərgizli ətəklərinə baxıb öz-özünə deyirdi: "Görəsən bütün arvadların arasında heç mənim kimi xoşbaxtı varmı?".
Koroğlunun Rum səfəriAşıq Cünun gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü. Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız. Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi. Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir.Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləmyə başladı.Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım.Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır.
Koroğluynan Bolu bəyXotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər.Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Hasan paşanın da canını qorxu almışdı.
Başqa şairlərin şeirləri
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Tikansız yazılarDostum İsaya*Tikanlı yazılar yazdığım yetər,