Göydən gedən beş durnalar,Bizim ellər yerindəmi?Bir-birindən xoş durnalar,Bizim ellər yerindəmi?

Söhbət olurdu sazınan,Ördək olurdu qazınan,Neçə incəbel qızınanTuti dillər yerindəmi?

Sevib-seçib bəyəndiyim,Sedasına oyandığım,Arxasında dayandığımMərd dəlilər yerindəmi?

Bəzirgana sataşdığım,Qumaşına bulaşdığım,Dönüb boyundan aşdığımÇənlibellər yerindəmi?

Hərdən işvə, qəmzə satan,Mənimlə ixtilat qatan,Gələndə at başı tutanŞux gözəllər yerindəmi?

Çalxalanıb döyündüyüm,Arxa verib söyündüyüm,Qovğa günü öyündüyümNər dəlilər yerindəmi?

Koroğlu heç deməz yalan,İndi olub bağrı talan.Dəmirçioğlu, Dəli Hasan,İgid ərlər yerindəmi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri