Biri "sin"
İsmin üç hərifdi, ay çeşmi-xumar;Biri "mim"di, biri "nun"du, biri – "sin".Həsrətindən yüz min gizlin dərdim var,Kimsəm yoxdu, açam deyəm birisin.
Saldın məni ataşa hey, nara hey,Gözüm ağlar, dilim şəkər nara* hey.Müştəriyəm, dost, qoynunda nara hey,Bimürvət, satmırsan, alam birisin.
Siyah zülfün nə tökübsən yana sən?!Ya hurisən, ya pərisən, ya nəsən?Demədim ki, eşq oduna yanasan,Mən dedim ki, dur qıraqdan bir isin.
Ələsgərin yaz sözlərin varağa,Yuyar qəssal, bükər qəddin var ağa.Bu səfərdə üç ehtiyat var, ağa:Biri mizan, biri Sirat, biri sin.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-biri-sin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Arif olan, gəlin sizə söyləyim,İyid sözü mərd-mərdana yaxşıdı.
Yaxşı hörmət ilə, təmiz ad iləYaxşı hörmət ilə, təmiz ad iləMən dolandım bu Qafqazın elini.
YandırırArif olan insafından keçməsin,Mən fağırı qəm ataşı yandırır.
Yaşıldı, yaşılAddadı zimistan, gəldi nobahar,Şamamanın tağı yaşıldı, yaşıl.
Başqa şairlərin şeirləri · Eşq
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Yaman dili gileyliyəm ömürdənYaman dili gileyliyəm ömürdən,Fərqi azmış qırx yaşın da, yüzün də.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.