O, sərt idi. Səhər dərsə tələsəndə mənBildirməzdi yolda durub boylandığını.Bircə dəfə söz açmazdı qəlbindəkindən,Söyləməzdi övlad üçün sox yandığını.

Gizli-gizli məni süzüb gülərdi bəzən,Durub-durub güc gələrdi əyri qəlyana.Övladına bircə dəfə "can" söyləməkdənÖvlad üçün can verməyi asandı ona.

Əməksevən, ağır, enli, cod əli vardı,Tale kimi endirərdi çiynimə hərdən.Sərt üzünə bircə anlıq səhər doğardıBilməzdim ki, hansı nurlu düşüncələrdən.

Sevgisi də soyuq idi – təzə əkiniHər bəladan hifz eləyən qalın qar kimi.Moskvada oxuyurdum,Tərk etdi məni.Gələn zaman bir əbədi ayrılıq dəmiGah istəyib məni görə. Gah deyib ki, mənQoy bilməyim.O utanıb öz ölümündən.Ah, o, niyə belə etdi, bu nə qubardı?Nə zamansa bu nişanda bir atam vardı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri