Adam var bu qapıları açar,Bir azsaxlayar, deyər:"Birdən,Arxadan gələnə dəyər".Bəzənheç dönüb baxmaz daHeç özü bilməz dəKimdir: dostdur,yoxsa düşmən.

Qapını yavaş-yavaşburaxar əlindən.Eləsi də olur ki,Tələsik özünü içəri soxur,Elə bilHeç arxada adam yoxdur.Kimliyi yazılmayıb ki,insanların alnına.QapılarAçılır, örtülür,Gah sürətlə,gah asta;Gah bu geniş dünyaya,gah da yerin altına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri