Çay
Nə bu yaşıl şamlar, nə ağcaqayınMeşə ətəyilə axan o çayınBilmir tarixini, yaşını bilmir.Üstündən fəsillər keçdikcə bir-birGah yatır. gah qalxır məcrasında o,Yabanı kolların arasında o,
Harasa harasa baş alıb gedir...Bulanıq suları boşalıb gedir...Üstündən bir insan onun keçməmiş,Əyilib suyundan kimsə içməmiş,Uzaqdan görünür itmiş iz kimi:Bütün bir dünyada xəbərsiz kimiHəmin bu kiçik çay durmadan axır.O hardan başlayır, o hardan axır,O çay hara axır? – məlum deyildir.Axır bu minvalla o neçə ildir.
Ona bənzəməsin qoy sənin ömrün,Yığışıb həyatdan köçəndə bir günDesinlər: – Bu ömrün mənası vardı,O burdan başladı, burda qurtardı!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-cay
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dinləyin, daşlar da dilə gəlibdir:– Deməyin duyğusuz məzar daşıyıq.
Bənna ilə söhbətAy usta, o daşı hörmə binaya,Gözüm su içməyir o daşdan, deyim.
Daşlı qitələrƏzsin ayağımı qoy daşlar mənim,Düşmən köhləninə minən deyiləm.
Sən olasan mənimlə kaşSən olasan mənimlə kaş,Kim deyir ki, bezərəm?
Başqa şairlərin şeirləri
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən