(Zarafatyana)

Getdin. Bir acıqla çırpdın qapını,Söz verdin — bir daha gəlməyəcəksən,Qırdın ürəyimin titrək sapını,De, necə dözərəm sənsizliyə mən?

Bir saat keçməmiş qayıtdın geri,Dedin: – Əlcəklərim çıxıb yadımdan,

Qəsdən unutmuşdun sən əlcəkləri,Demək əl çəkmişdin öz inadından.

Duydum gözlərinə baxdığım anda,Orda gülüş vardı qəzəb yerinə.Əlacım olsaydı geniş meydandaMən heykəl qoyardım əlcəklərinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri