Bir gün dedilər ki, guya şotlandlarKönüllü birləşib İngiltərəyə,Bəs o vuruşmalar, içilən andlar?Gəlin yeddi yüz il dönək geriyə.

Bəs Robert Brusun yatdığı səngər?Azadlıq yolunda tökülən qanlar?Bu gün Sterlinqə getsən sən əgərGörərsən Brusun tunc heykəli var.

Bəs nəydi səngərə gətirən onu? –Azad Şotlandiya, müstəqil vətən.Deyirdi kimsənin qoyyumluğunuQoy qəbul etməsin bu çöl, bu çəmən.

Deyirdi: qonşuyuq, dost da olaq biz,Fəqət öz evində otursun hər kəs.Niyə qardaş kimi “hə” demədinizBelə qonşuluğa, qardaşlığa bəs?

Sizi məğlub etdi qəhrəman Brus,Müstəqil yaşadı azad vətəni.Bir gün köçüb getdi dünyadan Brus,Keçdi əlinizə fürsət yüyəni.

Əvvəlcə Brusa heykəl qoydunuz, –Bu da hiyləsidir qəsbkarların.Şotland ellərini sonra soydunuz,Tapdandı varlığı qədim diyarın.

Saraldı bu yerin yaşıl otları,Döndü göz yaşına Klaydda sular.Bəlkə dağ cüssəli şotland atlarıO zaman kiçilib “poni” oldular!

Üstə silah çəkməz qardaş qardaşın,Varını, yoxunu əlindən almaz,Şotland ellərində torpağın, daşınKaş dili olaydı, dinəydi bir az.

Yox, yox, dinə blməz!Daş da, torpaq daAxı kelt dilini bilirdi burda.Özgə dil hakimsə dildə, dodaqdaÖz dilin ölər də, unudular da.

Oyuncaq olmağı xoşlamır heç dil,Bu bir həqiqətdir –anlamır nadan.Kelt dili mərdliklə dözdü neçə il,Axırda rustək köçdü dünyadan.

Silahlı gedirdi ingilis dili,Uzaq qitələrə qədər gedirdi.Taxtından salaraq neçə “pis” diliÖzünü hökmdar elan edirdi.

Xalqın, qəbilənin dili o zamanÖldü Avstraliya torpaqlarında.İngilis dilində dindi Hindistan.Dondu öz nəğməsi dodaqlarında.

Neçə yüz milyonluq qədim bir ölkəYıxıldı bir palıd əzəmətiylə.Oldu liliputa o, müstəmləkəDiliylə, diniylə, var-dövlətiylə.

İmperiya at çapdı hind ellərində, –Gördülər dili də qarət dilidir.Öldü imperiya,Dili bu gün dəNəhəng Hindistanda dövlət dilidir.

İşlər o torpaqda elə quruldu,Unutdu dilini minlər, milyonlar.İmperiya yıxıldı, sular duruldu!Yenə ingiliscə danışır onlar.

Kiplinq, sən bunları tərənnüm etdin,Sən uğur dilədin cahangirliyə.Bəzən ordulara qoşulub getdin,“Təslim ol, üstünə gəlirik!” deyə.

Sən Valter Skottun, Robert Bernsin,Taqorun yurduna, bax, belə girdin.Kişiydi bir ölkə xərac verməsin,Sən onu şerinlə hədələyirdin.

Bayron həlak oldu Yunanıstanda –Qanlı əsarətdən qalmasın bir iz.Sən cahangirliyi ötdün cahanda,Bayron da ingilis, sən də ingilis!

Şair vicdanıdır bəşəriyyətin,Şeir – yer üzündə ən ali nemət.Şair əsarəti vəsf edə – çətin!Şeir cahangirlik nəğməsi – heyrət!

Şotland ellərini dolaşıram mən,Behişt təravətli bir torpağı var.“Qardaş” dediyiniz “müstəqil Vətən” –Nə himni, nə gerbi, nə bayrağı var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən