İzlər
Dünən qarın üstündə mənGördüm ayaq izlərimi.Bəs o izlər itdi nədənBu gün günəş doğan kimi?
Üzərində qarlı yerinİz salmaq çox asan olur.Asan düşən o izlərinÖmrü, ey dost, bir an olur!
Çətin olsa belə, çalış –İzin düşsün daş üstünə,Min odlu yay, min qarlı qışPoza bilməz onu yenə!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-izler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əl eləyir uzaqlar
Əl eləyir uzaqlar,Görmədiyim torpaqlar.
Daha gözəl günlərə qovuşsun deyə insanDaha gözəl günlərə qovuşsun deyə insanİstəsək, yağış nədir, od alarıq buluddan!
Yolda açdım səhəriYolda açdım səhəri,Üfüq üzümə güldü.
Hər keçəndə bu zümrüdü meşədənHər keçəndə bu zümrüdü meşədənİstəmirəm balta səsi eşidəm.