Yolda açdım səhəri
Yolda açdım səhəri,Üfüq üzümə güldü.Qızıl donlu dan yeriGözlərimdə söküldü.
Ulduzlar tabaq-tabaqBir-bir batdı, əridi.Sükutu pozan ancaqMaşın təkərləridi.
Günəşin qızıl teliZülmətə sancılanda –Zər qələm mürəkkəbəSandım batdı bir anda.
Dağlar gözüm önündəDüzəldəndə qəddini,Mən gördüm gecə iləGündüzün sərhədini.
Yorulub çəkinmədənYol gedərdim beləcəÖmrümü sona qədər –Seyr etməkçin sizi mən,Yolda qurtaran gecə,Yolda açılan səhər!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-yolda-acdim-seheri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər keçəndə bu zümrüdü meşədənİstəmirəm balta səsi eşidəm.
Göy dənizdə söndü fanarGöy dənizdə söndü fanar,Söndü yenə yanmaq üçün.
Atalar dönsəydi qanlı cəbhədənAtalar dönsəydi qanlı cəbhədən,Dursaydı bizimlə çiyin-çiyinə
1. HəsrətSəndən uzaq düşdüyüm günƏn dəhşətli bir gün idi.