Hər keçəndə bu zümrüdü meşədənİstəmirəm balta səsi eşidəm.Təzə-təzə budaq atır pöhrələr,Ovxalanmış o baltalar, dəhrələrBircə anda neçə ömrü söndürər,Göy yarpağı boz xəzələ döndərər.Açılmamış hələ yaxa düyməsi,Bar verməmiş bir budağı, şaxəsi,Bilinməmiş cırdı, cinsdi, ya nədi –Balta zərif gövdələri göynədir.

Yox, yox, cavan ağaclara dəyməyin,Doğramayın, sındırmayın, əyməyin!Meşələrdə ağaclar var gövdəli,İçi ovuq, başı isə göy dəlir.Ayaq üstə quruyubdur haçandı,Bir əl vursan böyrü üstə aşandı.Xəstəliklər özəyinə yeriyib,Kökü yerdə, başı göydə çürüyüb,Düz bir ilin odunudur hər biri,Biri örtər bir həyətlik çəpəri.Gərəkdirsə kəsin, çapın, aparın,İstəsəniz lap kökündən qoparın.Fəqət cavan ağacları qırmayın,Baltaları pöhrələrə vurmayın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri